.

Ürəyin qanı vurduqdan sonra, qanın damarlarda yüksək təzyiqlə hərəkət etməsi hipertoniya xəstəliyinin baş verməsinə səbəb olur ki, buna yüksək təzyiq də deyilir.

Bəzi insanlar vardır ki, onlar yüksək təzyiqə adi bir xəstəlik kimi baxırlar. Halbu ki, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkən və müalicə olunmayan xəstələr bir müddət sonra təzyiq səbəbindən digər orqanlarında patoloji dəyişikliklər əmələ gəldiyinin şahidi olurlar. Yüksək təzyiqin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
- irsi meyillilik
- hormonal xəstəliklər
- böyrək xəstəlikləri
- şəkər xəstəliyi
- yüksək xolesterol
- bəzi dərman preparatları
- damar xəstəlikləri
- artıq çəki.
Yüksək təzyiqin əlamətləri aşağıdakılardır:
- ənsədə ağrı
- baş hərlənməsi
- baş ağrısı
- ürəkdöyünmə
- üz dərisinin qızarması və s.
Arterial təzyiq yüksək olan zaman həkimə müraciət etmək və həkimin məsləhətlərinə qulaq asmaq lazımdır. Bununla yanaşı bəzi qaydalara əməl etmək lazımdır.
Yüksək təyziq zamanı qidalanmaya diqqət yetirmək lazımdır. Belə xəstələrə yağlı, duzlu qidalardan çox istifadə etmək olmaz. Yüksək təzyiqdən əziyyət çəkən adamlar çoxlu meyvə və tərəvəzlərdən istifadə etməli, mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət yetirməli, spirtli içkidən uzaq durmalı, çəkisini nəzarətdə saxlamalıdır. Belə xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq məsləhət görülür. Arterial təzyiqi yüksək olan adamlar həkimin dediklərinə əməl etməklə yanaşı bəzi təbii vasitələrdən də istifadə etsələr daha yaxşı olar. Bunlara aşağıdakılar aiddir:
Limon - Limon təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Onun tərkibində olan C vitamini təzyiq səbəbindən ürəkdə əmələ gələn patologiyaların qarşısını ala bilir. Hər səhər 1 stəkan limonlu su içmək təzyiqin müalicəsində yardımçı rol oynayır.
Qarpız tumu - Səhər-axşam bir miqdar qarpız tumu yemək təzyiqi aşağı sala bilir.
Sarımsaq - Aparılan bir çox araşdırmaların nəticəsi sarımsağın təzyiqsalıcı qabiliyyətə malik olmasını sübut edib. Gün ərzində 1-2 diş sarımsaq yemək arterial təzyiqi normada saxlaya bilir.
Banan - Banan orqanizmdə olan duzun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Gün ərzində 1-2 banan yemək təzyiqi normada saxlaya bilir.
Kərəviz - Kərəviz şirəsi və dəmləməsi təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir.
Cəfəri - Cəfəri şirəsi və dəmləməsi arterial təzyiqi aşağı salır.
Soğan suyu - Soğan suyu yüksək təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Bəzi hallarda soğan suyu ilə balı qarışdırıb da yemək olur.
Milli.Az
19 Sentyabr 2020 Çay haqqında bilmədiklərimiz
11 Sentyabr 2020 Telefonda SIM-kartın ayarlarına toxunmayın - XƏBƏRDARLIQ
08 Sentyabr 2020 Yüksək təzyiq, əlamətləri, müalicəsi
07 Sentyabr 2020 Öskürəyi kəsir, immuniteti qaldırır, dərini gözəlləşdirir
30 Avqust 2020 Şarj cihazı telefona qoşulmamış halda elektrik yuvasında saxlanıla bilərmi?
29 Avqust 2020 Whatsapp-ın əsas problemlərindən biri aradan qaldırılacaq
29 İyul 2020 Sadəcə 5 qida ilə PİYLƏRDƏN QURTULUN
28 İyul 2020 Telefon danışığınızı kim dinləyir? — Bu KOD ilə hər şeyi öyrənə bilərsiz
22 İyul 2020 Dondurma haqqında doğru bildiyimiz 5 yanlış
11 İyul 2020 Bu meyvə ağrıkəsicidən daha TƏSİRLİDİR
05 İyul 2020 Limonlu çayın faydaları və zərərləri
27 İyun 2020 Market paketlərində koronavirus ola bilər - Nə etməli?
20 İyun 2020 Sabah Günəş tutulacaq
17 İyun 2020 Ağciyərləri koronavirusdan qoruyan məhsullar
12 İyun 2020 "WhatsApp" istifadəçilərinə YENİLİK
12 İyun 2020 Kəsmiyin qaraciyərə inanılmaz faydası...
11 İyun 2020 Bakıda gənclər həyətdə toy etdilər - FOTOLAR
10 İyun 2020 Eynək və linzadan istifadə qaydaları
26 May 2020 Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
19 May 2020 Telefonlardan foto və videolar özbaşına niyə silinir? - Video
04 May 2020 Yuxusuzluqdan əziyyət çəkənlər MÜTLƏQ OXUSUN! — Gün ərzində.
01 May 2020 8 yaşlı britaniyalı uşaq otağını məscidə çevirdi - İbrətamiz...-FOTO
29 Aprel 2020 “WhatsApp”da yeni funksiya yaradıldı
25 Aprel 2020 Sağlam şəkildə oruc tutmaq üçün — Məsləhətlər
20 Aprel 2020 Bu proqramları telefondan silin: Məlumatlar oğurlanır
19 Aprel 2020 Dietoloq karantin zamanı faydalı qidalanma qaydasını açıqladı
04 Aprel 2020 İmmuniteti gücləndirən qidalar - SİYAHI
22 Mart 2020 Uşaqların qidalanması üçün vacib olan vitaminləri bu QİDALARDAN əldə etmək olar
16 Mart 2020 Cücərmiş sarımsağı qəti zibil qabına atmayın! - İNANILMAZ FAYDALARI
15 Mart 2020 “WhatsApp”da yeni funksiyalar yaradılıb

Xəbər lenti