.

“Operativ Qərargah vaxtaşırı yumşalmaları həyata keçirir və sərbəstliklər artır. Sərbəstliklər artdıqca təmaslar artır, təmaslar artdıqca isə yoluxmanın sayı arta bilər. Bu, qaçılmaz bir şeydir”.

AFİA.AZ xəbər verir ki, bunu “Real intervyu”ya müsahibəsində TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov deyib:
“Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar heç də arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.
Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir. İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da sözsüz, məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilər.
Dünyada da vəziyyət ürəkaçan deyil. Artıq yoluxanların sayı 30 milyona, Covid-19-dan ölənlərin sayı 1 milyona çatmaqdadır. Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən qadağa tədbirləri görməyə başlayıblar. Qonşu Türkiyədə də yoluxmaların sayı artmaqdadır və bu səbəbdən qadağalar yenidən tətbiq olunmağa başlanılıb.
Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.
Təmaslar artdıqca, yoluxanların sayı da çox olacaq. Təmaslardan qaçmaq və qoruyucu vasitələrdən istifadə etmək hökmən vacibdir.
Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır. Hər kəs birinci özünü qorumalıdır, Operativ Qərargahın qərarlarına sayğı ilə yanaşmalıdır”.
“Qafqazinfo”
22 Sentyabr 2020 Qələbə Azərbaycanın olacaq!
22 Sentyabr 2020 Komandir hazırlığı sistemində məşğələlər keçirildi - VİDEO
21 Sentyabr 2020 Təhsil Nazirliyi koronavirusa yoluxan şagirdlərin sayını açıqladı
21 Sentyabr 2020 Azərbaycan Ordusu şəhid verdi
19 Sentyabr 2020 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT
17 Sentyabr 2020 Ramiz Mehdiyev mülklərini satışa çıxardı
15 Sentyabr 2020 Tədrisin bərpası bundan asılıdır - Nazir
15 Sentyabr 2020 Toylar başlayır? - Restoranlara sifariş axını / VİDEO
15 Sentyabr 2020 “Karantin yenə sərtləşdirilə bilər” - TƏBİB rəsmisi
15 Sentyabr 2020 Azərbaycanda Bilik günüdür
13 Sentyabr 2020 Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə
11 Sentyabr 2020 Erməni hüquq müdafiəçisi erməniləri ifşa etdi... – Video
10 Sentyabr 2020 Baş Nazir dərslərin hansı formada keçiriləcəyini TƏSDİQLƏDİ
10 Sentyabr 2020 Kolleclərə ixtisas seçimi bu tarixdə başlayacaq
10 Sentyabr 2020 Ali məktəblərə ixtisas seçimi başladı
09 Sentyabr 2020 Şok: BNA tapşırıq verdi, taksilər bahalaşdı - Video
08 Sentyabr 2020 Suriya erməniləri Ermənistandan gedir
07 Sentyabr 2020 Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
04 Sentyabr 2020 İctimai yerlərdə toplaşmaqla bağlı qərarda dəyişiklik edildi
04 Sentyabr 2020 Yens Stoltenberq: "Rusiyanın cavab verməli olduğu ciddi suallar var"
02 Sentyabr 2020 Təhsil naziri 2 şöbə müdirini işdən çıxardı
01 Sentyabr 2020 D.Tonoyan ordudakı yoluxma sayını gizlədir
31 Avqust 2020 Azərbaycanda xüsusi karantin rejimi bir ay uzadıldı
29 Avqust 2020 Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 188 yeni yoluxma - FOTO
29 Avqust 2020 Baş Nazir dərslərin başlaması haqda qərarı imzaladı
28 Avqust 2020 Övladını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə!
28 Avqust 2020 Ermənilərin Tovuzda törətdiyi təxribatla bağlı istintaq davam edir
28 Avqust 2020 Baş nazirdən fitosanitar xidmətlərlə bağlı qərar
26 Avqust 2020 Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin Moskvada görüşü başladı
26 Avqust 2020 Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO

Xəbər lenti