.

Astarada bir ailənin üç üzvü bıçaqlanıb.
 
Hadisə rayonun Təngərüd kəndində baş verib.
 
Belə ki, ötən gecə 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, gəlini 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və nəvəsi 2000-ci il təvəllüdlü Emral Seymur oğlu Abdullayev bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan ikisi - Seyran və Emral Abdullayevlər dərhal əməliyyat olunublar. Reanimasiyaya yerləşdirilən yaralılardan E.Abdullayevin xəsarətlərinin daha ağır olduğu bildirilir.
 
Hadisə barədə dəqiq məlumat verilmir. İddialara görə gecə saatlarında evə kimlikləri məlum olmayan  maskalı  şəxslər daxil olub.
 
Astara rayon polis şöbəsindən məsələnin araşdırıldığı bildirilib.

Xəbər lenti