.

Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.

AFİA.AZ xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öncə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi. 
Vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür.
Milli Məclisin Sədri xanım Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir. Qanunvericilik işlərini səmərəli qurmaq, bu sahədə mövcud olan problemləri daha dərindən öyrənmək üçün payız sessiyasındakı bu ilk iclasa mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun, mədəniyyət sahəsində çalışan QHT-lərin rəhbərlərinin dəvət olunduğunu bildirdi.
Sonra iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlərin hesabatı dinlənildi. Qənirə Paşayeva məlumat verdi ki, hesabat dövründə 6 iclas keçirib, 14 məsələ müzakirə edilib. Həmin məsələlərdən 13-ü qanun layihəsi olub. Komitədə birinci, ikinci və üçüncü oxunuşda müzakirədən keçən qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub. Parlamentin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan 622 məktub, təklif, ərizə və şikayətin 554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Bütün yay boyunca fəaliyyət göstərən komitə üzvləri yerlərdə 300-ə yaxın ziyalı ilə görüşüb, mədəniyyət sahəsində mövcud olan problemləri, çatışmazlıqları öyrəniblər. Deputatlar həmçinin seçicilərin qayğılarına həssaslıq göstəriblər.
Hesabat dinlənildikdən sonra iclasda mədəniyyət nazirinin I müavini, həmçinin mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov çıxış etdi. Mədəniyyət sahəsinin və nazirliyin qarşısında duran vəzifələrdən söhbət açdı. Son aylarda görülən işlər və Mədəniyyət Nazirliyinin perspektiv planları barədə ətraflı məlumat verdi. Strateji sahə olan milli mədəniyyətin qorunması və inkişafı, ölkə və dünya miqyasında təbliği və təşviqi, müasir dövrün tələbinə uyğun olaraq gəlir gətirən sahəyə çevrilməsi üçün mütəxəssislərin və vətəndaşların təkliflərinin nəzərə alındığını dedi. Anar Kərimov bir sıra məsələlərin həlli üçün Milli Məclisin dəstəyinə ehtiyac olduğunu vurğuladı, tətbiq edilməsi nəzərdə tutulan yeniliklərin hüquqi bazaya istinadən tənzimlənməsi vacibliyini diqqətə çatdırdı. Sonra komitədə geniş müzakirələr aparıldı.
Deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərli, Ülviyyə Ağayeva rəy və təkliflərini bildirdilər. Mədəniyyət komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı. Komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verən Qənirə Paşayeva bildirdi ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq. Həmçinin komitədə müxtəlif mövzularda bir sıra dinləmələr keçiriləcək. Fikir mübadiləsinin yekununda iş planı təsdiqləndi. Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.




24 Oktyabr 2020 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24 Oktyabr 2020 Rusiya XİN Arturla bağlı məlumat yaydı
24 Oktyabr 2020 Düşmən təcavüzü: 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb
24 Oktyabr 2020 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq
24 Oktyabr 2020 Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
24 Oktyabr 2020 Azərbaycanda Dünya Soyqırımı Araşdırmaları Konfransı keçiriləcək
24 Oktyabr 2020 Hacıyev: Ermənistanda denalism dalğası başlayacaq
24 Oktyabr 2020 Ceyhun Bayramov Pompeo ilə görüşündən danışdı
24 Oktyabr 2020 Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
23 Oktyabr 2020 Zəngilanda diversiya etmək istəyən düşmən belə məhv edildi - VİDEO
23 Oktyabr 2020 Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO
23 Oktyabr 2020 Pakistanlı aparıcı "Qarabağ Azərbaycandır!" dedi-FOTO
23 Oktyabr 2020 “Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı
22 Oktyabr 2020 Arutyunyan erməniləri qələbə üçün kilsələrdə dua etməyə səslədi
22 Oktyabr 2020 Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – PA rəsmisi
22 Oktyabr 2020 Qubadlı istiqamətində düşmən vacib yüksəklik və mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Prezidentdən ŞAD XƏBƏR: Daha 22 kənd düşməndən azad olundu
21 Oktyabr 2020 Cəbrayıl-Qubadlı istiqamətlərində düşmən geri çəkildi
20 Oktyabr 2020 Zəngilan azad edildi - Təcili
20 Oktyabr 2020 Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - Video
20 Oktyabr 2020 ERMƏNİ YALANI CÜCƏRİR, AMMA BİTMİR
19 Oktyabr 2020 Prezident TASS-a müsahibə verdi - Foto
19 Oktyabr 2020 Tramp: “Rusiya bizə həsəd aparır”
19 Oktyabr 2020 Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik etdi
18 Oktyabr 2020 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…
18 Oktyabr 2020 Müzəffər ordunla əbədi yaşa, Azərbaycan!
18 Oktyabr 2020 Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir – Rəsmi agentlik
18 Oktyabr 2020 Ad günün mübarək Nigar, bağışla bizi - Hikmət Hacıyev
17 Oktyabr 2020 Kimdir günahkar?
17 Oktyabr 2020 Azərbaycan Rusiyaya nota verdi

Xəbər lenti