.

Bu tədris ili üçün cəmi 2500 məktəbli forması satılıb.
 
Bunu Modern.az-a açıqlamasında “Bakı Tikiş Evi”nin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
 
E.Əzimov deyib ki, tədrisin bərpa olunmasına baxmayaraq, məktəbli formalarının satışı çox aşağıdır:
 
“Təsəvvür edin, dünən cəmi 5 forma satmışıq. Alıcılıq qabiliyyəti olduqca aşağıdır”.
 
BTE rəsmisi qeyd edib ki, kifayət qədər ehtiyat formalar var və qiymətlərdə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Xəbər lenti