.

Bugünkü əmək bazarının dəyişən tələb və meyllərinə uyğun olaraq ölkəmizdə peşə təhsilinə qarşı maraq artır və bu təhsil sahəsinin modernləşdirilməsi prosesi sürətlə davam edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, bunu parlament sədrinin müavini Adil Əliyev deyib.
Vitse-spiker bildirib ki, 2016-cı ildə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərə cavab verməsinin təmin edilməsi istiqamətində peşə təhsilinin inkişafı prioritet sahələrdən biri elan edilib.
“Onun genişləndirilməsi  ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Gənclər arasında peşə təhsilinə marağın artırılması və ixtisaslı işçi qüvvəsinin formalaşması sahəsində bu Strateji Yol Xəritəsi qarşıya qoyulmuş əsas tələblərdən birinə çevrildi. Əmək bazarında özəl sektorun peşə təhsilli işçilərə marağını nəzərə alaraq, işəgötürənlərin də peşə təhsili olan kadrlara tələbini sürətləndirmək əsas hədəf olaraq müəyyən edildi”, – deyə A.Əliyev əlavə edib.
Onun sözlərinə görə, artıq bu sahənin inkişafı ilə bağlı PPP (public private partnership) proqramları əsasında peşə təhsilinin inkişafında dövlət və özəl sektorun əməkdaşlığı başlanıb.
Peşə təhsilində inkişafın təmin edilməsi ilə bağlı Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də digər rayonlarda yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması, müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir.
Peşə təhsilinə marağın artması fonunda Cənubi Koreya ilə birlikdə KOİCA proqramına uyğun olaraq 38 milyon manat nizamnamə fondu olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi qurulub.
A.Əliyev qeyd edib ki, peşəyə uyğun marağın artması baxımından əyaniliyi artırmaq üçün mərkəz yeni model avadanlıqlarla təmin edilib:
“Təhsilin formal, informal və qeyri-formal olmasından asılı olmayaraq, burada əsas gələcək işçinin ixtisaslı olmasıdır. Burada ən əsas şərt isə gənclərin gələcəkdə fəaliyyət göstərəcəyi sahənin növündən asılı olmayaraq, ixtisaslı mütəxəssis olaraq yetişdirilməsidir.
Bu yaxınlarda ölkəmizdə peşə təhsilinə olan marağın artmasının əyani bir nəticəsini gördük. İlk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkının daxilində Peşə Təhsil Mərkəzi yaradıldı. Bu da bir neçə strateji hədəfə nail olunması deməkdir: Birincisi, tələbələr müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri öyrənir. İkincisi, tələbələrin praktik təcrübə toplamaq məqsədilə ayrı-ayrı müəssisələrə göndərilməsinə ehtiyac qalmır. Üçüncüsü, tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar”.
A.Əliyevin fikrincə, Sumqayıt Kimya Sənaye Parkı olduqca unikal bir layihədir:
“Belə ki, park yaradıldıqdan sonra bir çox istehsal müəssisələri parkın daxilində fəaliyyətə başlayıb. Təbii ki, sənaye parklarının yaradılmasında məqsəd ilk növbədə ölkənin idxala olan tələbatının ilkin mərhələdə qarşısının alınması, yerli tələbatı ödədikdən sonra ixrac potensialının qiymətləndirilməsi, rentabelli hesab edildikdə ixracın təmin olunmasıdır. İxrac həm də ona görə mühümdür ki, bu sahədən əldə edilən gəlir tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əsasdır.
İxracın nəticəsində ölkəmizə xaricdən əlavə valyuta gəlir. Hansı ki, bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanması daha çox neft-qaz sektorunun üzərinə düşür. Hesab edirəm ki, bu sahələrin inkişafında sahibkarlar da  fəaliyyətlərini genişləndirməlidirlər”.
Vitse-spiker bildirib ki, xüsusilə, xaricdə yaşayan azərbaycanlı iş adamları mövcud vəziyyəti qiymətləndirməli və Azərbaycana vəsait qoymalıdırlar.
“Tək ona görə yox ki, Azərbaycan onların vətənidir və hər zaman da doğma ölkələrinin dəstəyini hiss  edirlər, həm də ona  görə ki, ölkəmizdə onlar üçün kifayət qədər cəlbedici və gəlirli sahələr var. Öz ölkələrinə investisiya qoymaq da vətənpərvərlik hissinin yüksək əlamətlərindən biridir”, – deyə A.Əliyev yekunlaşdırıb.
24 Oktyabr 2020 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24 Oktyabr 2020 Rusiya XİN Arturla bağlı məlumat yaydı
24 Oktyabr 2020 Düşmən təcavüzü: 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb
24 Oktyabr 2020 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq
24 Oktyabr 2020 Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
24 Oktyabr 2020 Azərbaycanda Dünya Soyqırımı Araşdırmaları Konfransı keçiriləcək
24 Oktyabr 2020 Hacıyev: Ermənistanda denalism dalğası başlayacaq
24 Oktyabr 2020 Ceyhun Bayramov Pompeo ilə görüşündən danışdı
24 Oktyabr 2020 Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
23 Oktyabr 2020 Zəngilanda diversiya etmək istəyən düşmən belə məhv edildi - VİDEO
23 Oktyabr 2020 Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO
23 Oktyabr 2020 Pakistanlı aparıcı "Qarabağ Azərbaycandır!" dedi-FOTO
23 Oktyabr 2020 “Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı
22 Oktyabr 2020 Arutyunyan erməniləri qələbə üçün kilsələrdə dua etməyə səslədi
22 Oktyabr 2020 Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – PA rəsmisi
22 Oktyabr 2020 Qubadlı istiqamətində düşmən vacib yüksəklik və mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Prezidentdən ŞAD XƏBƏR: Daha 22 kənd düşməndən azad olundu
21 Oktyabr 2020 Cəbrayıl-Qubadlı istiqamətlərində düşmən geri çəkildi
20 Oktyabr 2020 Zəngilan azad edildi - Təcili
20 Oktyabr 2020 Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - Video
20 Oktyabr 2020 ERMƏNİ YALANI CÜCƏRİR, AMMA BİTMİR
19 Oktyabr 2020 Prezident TASS-a müsahibə verdi - Foto
19 Oktyabr 2020 Tramp: “Rusiya bizə həsəd aparır”
19 Oktyabr 2020 Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik etdi
18 Oktyabr 2020 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…
18 Oktyabr 2020 Müzəffər ordunla əbədi yaşa, Azərbaycan!
18 Oktyabr 2020 Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir – Rəsmi agentlik
18 Oktyabr 2020 Ad günün mübarək Nigar, bağışla bizi - Hikmət Hacıyev
17 Oktyabr 2020 Kimdir günahkar?
17 Oktyabr 2020 Azərbaycan Rusiyaya nota verdi

Xəbər lenti