.

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. 

Bu barədə AFİA.AZ -a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.
Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.
Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.
Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.
26 Oktyabr 2020 "Azərbaycan xalqının səbri ilə oynamasınlar !"-İlham Əliyev
26 Oktyabr 2020 Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
25 Oktyabr 2020 İlham Əliyev Xankəndinin vurulması haqda sualı cavabladı
25 Oktyabr 2020 Türkiyədən ABŞ-a S-400 mesajı: Bu iddia doğru deyil!
24 Oktyabr 2020 “Əgər onlar atəşkəsi pozmasaydılar, ...” - İlham Əliyev
22 Oktyabr 2020 Nazirlikdən xəbərdarlıq: Xəstəlik orduya çatmamalıdır!
22 Oktyabr 2020 Ermənilərin Qəbələyə raket atması nəticəsində 1 mülki şəxs yaralanıb, 5 evə ciddi ziyan dəyib
22 Oktyabr 2020 Türkiyənin Baş Ombudsmanı Heydər Əliyevin məzarını ziyarət edib
21 Oktyabr 2020 Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”
21 Oktyabr 2020 Ərdoğandan Qarabağ açıqlaması: Kabus yaşadacağıq!
21 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikası - SİYAHI
20 Oktyabr 2020 Prezident Xocavəndin işğaldan azad edilən bu kəndinə YENİ AD VERDİ
20 Oktyabr 2020 Bu gün azad olunan şəhər və kəndlərimizin - Tam siyahısı
20 Oktyabr 2020 Mustafa Şəntop beynəlxaq ictimaiyyətə müraciət etdi - “Karsınız ya korsunuz?”
19 Oktyabr 2020 İran Ermənistanın PUA-sını vurdu
19 Oktyabr 2020 Azərbaycan və Estoniya XİN rəhbərləri Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar
18 Oktyabr 2020 Çavuşoğlu Azərbaycanı bu görüntülərlə təbrik etdi
17 Oktyabr 2020 Prezident İlham Əliyev: Onun-bunun ətəyindən yapışıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Rədd ol torpağımızdan, dayanaq
17 Oktyabr 2020 “Ermənilər uşaq-böyük demədən günahsız insanları öldürür” - Çavuşoğlu
17 Oktyabr 2020 Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video
17 Oktyabr 2020 Düşmənin S-300 zenit-raket kompleksi məhv edilib - Video
17 Oktyabr 2020 Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
17 Oktyabr 2020 Düşmən növbəti dəfə Gəncəni raketlə vurdu: 13 ölü, 40 yaralı - Canlı
17 Oktyabr 2020 Gəncədə ölənlərin sayı 12 nəfərə çatdı - Prokurorluq
16 Oktyabr 2020 "Onlardan yalnız mənəvi dəstək alırıq, əsgəri dəstəyə ehtiyacımız yoxdur" - Ali Baş Komandan
16 Oktyabr 2020 Putin Qarabağa görə TŞ-ni yenə topladı
16 Oktyabr 2020 Bütün təhsil müəssisələri bağlanır - Rəsmi
16 Oktyabr 2020 Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi
15 Oktyabr 2020 Ərdoğan: “Azərbaycanda ermənilərin zülmü var, onlar qardaşlarımızdır, seyr edəkmi?”
14 Oktyabr 2020 "Məhv edəcəyik" - Prezident Qarabağdakı PKK düşərgələrindən DANIŞDI

Xəbər lenti