.

2020-ci ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub. 
AFİA.AZ xəbər verir ki, Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.
Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 milyard kubmetri AÇG-dən, 12,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3 faiz çox, yəni 7,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə 129,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 8 ayında 4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub.
 
21 Oktyabr 2020 Azərbaycan elektrik enerjisinin ixracını azaldıb
20 Oktyabr 2020 Azərbaycan şəkər ixracını 45% azaldıb
19 Oktyabr 2020 BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib
14 Oktyabr 2020 Dünya bazarında neftin qiyməti ucuzlaşır
13 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə  1833 müraciət qəbul edilib
09 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 icazə verilib
07 Oktyabr 2020 Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində növbəti tədbir keçirilib
07 Oktyabr 2020 Dünya bazarlarında təbii qazın qiyməti cüzi artıb
01 Oktyabr 2020 Azərbaycanın Energetika naziri: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır.”
30 Sentyabr 2020 Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb
22 Sentyabr 2020 Bu ilin səkkiz ayında qaz hasilatı artıb
14 Sentyabr 2020 Bu ilin səkkiz ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb
09 Sentyabr 2020 Azərbaycan avqustda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib
09 Sentyabr 2020 Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür
07 Sentyabr 2020 Dünyanı ağır iqtisadi böhran gözləyir
29 Avqust 2020 Türkiyədən Azərbaycana xalça idxalı azalıb
26 Avqust 2020 Dünya bazarlarında təbii qazın qiyməti azalıb
25 Avqust 2020 Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
19 Avqust 2020 Azərbaycan nefti yenidən bahalaşdı
19 Avqust 2020 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı
12 Avqust 2020 Azərbaycanda nominal əməkhaqqı artıb
11 Avqust 2020 AMB-nin valyuta məzənnələri
08 Avqust 2020 Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
08 Avqust 2020 Partlayış baş verən qaz kəməri ilə bağlı - SOCAR-dan açıqlama+Yenilənib
07 Avqust 2020 Təbii qaz ucuzlaşıb
05 Avqust 2020 Dünya bazarlarında təbii qaz ucuzlaşıb
04 Avqust 2020 Azərbaycan nefti yenidən 45 dollardan baha satılmağa başlayıb
30 İyul 2020 240 MVt-lıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirməsi prosesi iln sonunda tamamlanacaq
11 İyul 2020 Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi

Xəbər lenti