.


Azərbaycan Ordusunda son illər həyata keçirilən genişmiqyaslı təlimlərdə ehtiyatda olan hərbi qulluqçuların da iştirakı təmin edilib və onların döyüş vərdişlərinin təkmilləşdirilməsinə önəm verilib. Əslində ordunun yeni müasir silah və texnikalarla müntəzəm təchiz olunduğu bir vaxtda belə bir addımın atılması olduqca vacibdir. Əgər geniş hərbi əməliyyatlar başlanarsa, müxtəlif dövrlərdə ordudan tərxis edilən hərbi qulluqçular da orduya cəlb olunacaq və bu baxımdan da yeni hərbi texnikaların döyüş xüsusiyyətləri haqqında onlar müfəssəl bilgilərə malik olmalıdır.



Artıq Azərbaycanın dövlət rəhbərliyi də torpaqlarımızın dinc yolla qaytarılması məqsədiə danışıqların heç bir səmərə vermədiyini və müharibənin qaçılmaz olduğunu bəyan edir. Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində Ermənistanı müharibəyə hazırlaşmaqda günahlandırdı və bildirdi ki, işğalçı dövlət bu məqsədlə bütün tədbirlərə əl atır. Son vaxtlar Ermənistanda səfərbərlik elan olunub, könüllülərdən ibarət ordu yaradılması qərara alınıb və bununla bərabər Yaxın Şərq ölkələrindən minlərlə muzdlu döyüşçü, terror qruplaşmalarının üzvləri Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılıb. Çox təəssüf ki, bu hadisələrə bölgədə sülhün qorunmasına cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən heç bir reaksiya verilmir. Bu isə işğalçı qüvvələrin qol-qanad açmasına, daha da fəallaşmasına səbəb olur.

Ermənistanda muzdlu qüvvələrdən istifadə edilməsi hakimiyyətin xalqın narazılığına görə ehtiyat etməsindən irəli gəlir, çünki bu ölkədə əsgər valideynləri öz övladlarının cəbhə xəttində xidmət etməsini istəmirlər. Bu məqsədlə İrəvanın mərkəzi meydanlarında əsgər analarının etiraz aksiyaları keçirilir, valideynlər gəncləri ordudan yayındırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Buna görə də Ermənistan rəhbərliyi öz xalqına güvənmir və xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərə üstünlük verir.

Azərbaycanda isə tam fərqli mühit vardır. Cəmiyyət də, ordumuz da torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir, sentyabrın 21-dən etibarən bütün şəhər və rayonlarımızda hərbi mükəlləfiyyətlilər, yəni müxtəlif qoşun növlərində xidmət etmiş və ehtiyata göndərilmiş hərbçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə yaxınlaşıb qeydə alınırlar. Artıq onların bir qrupu, zərurət duyulan hərbi ixtisas sahibləri müvafiq təlim hərbi hissələrinə yola salınıb. Xalqımız öz övladlarını böyük qələbəliklə orduya yola salır. Hər bir gəncimiz Azərbaycanın haqq savaşında iştirak etməyi və adını zəfər tariximizə həkk etdirməyi özünə şərəf bilir. Yağı düşmənə qarşı ən ağır döyüşlərdə iştirak etmiş müharibə qaziləri də yenidən hərbi əməliyyatlara qatılmaq üçün çoxsaylı müraciətlər edirlər. İşğalçılar bilsin ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə razılaşmayıb və razılaşa da bilməz.
Ermənistan unudur ki, bu gün onun qarşısında həm hərbi, həm də iqtisadi cəhətdən dəfələrlə güclü və qüdrətli olan müstəqil Azərbaycan dövləti və xalqı dayanır. Ən başlıcası, bu gün ordumuzun əsgər və zabitlərinin qələbə əzmi və döyüş ruhu olduqca yüksəkdir.


Belə bir ruh yüksəkliyi təbii ki, antiazərbaycan ünsürlərə sərf eləmir. Onlar ordu-xalq həmrəyliyini gözü götürməyənlərdir, ordunun nüfuzunu aşağı salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Yada salaq ki, 2016-cı ilin aprel zəfərindən sonra düşmənlərimiz hərbi uğursuzluqlarının əvəzini çıxmaq üçün ölkəmizdə çaşqınlıq yaratmaq istəmişdilər. Amma dövlətimizin qabaqlayıcı tədbirləri sayəsində hər cür təxribatların qarşısı vaxtında alındı, satqınlar cəzalandırıldı. Bu ilin iyulunda baş verən Tovuz döyüşləri bir daha Azərbaycanda xalqın öz ordusu ilə möhkəm həmrəyliyini nümayiş etdirdi və sübut olundu ki, cəmiyyətimizin orduya olan güclü inamı düşməni təşvişə salan əsas vasitədir.
Təəssüf edirəm ki, özlərini cəmiyyətə hərbi-siyasi ekspert qismində təqdim edən bəzi üzdəniraqlar belə gülünc fikirlər səsləndirirlər ki, hakimiyyətin guya müharibə söhbətini ortalığa çıxarmaqda məqsədi xalqın marağını daxili problemlərdən yayındırmaqdır. Əslində bu başdan-ayağa cəfəngiyyatdır, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev dəfələrlə rəsmi tədbirlərdə, ictimaiyyətlə görüşlərində xalqın iradəsinə əsaslanaraq bəyan edib ki, səbrimiz tükənməz deyil və biz beynəlxalq hüquqla təsbit olunan ərazilərimizi işğaldan azad etməyə hazırıq. Bu məqsədlə illərdir ki, dövlət ordu quruculuğunun inkişafına ciddi önəm verir və hərbi büdcəmiz ildən ilə artırılır. Artıq Azərbaycanın yüksək peşəkarlığa və güclü döyüş qabiliyyətinə malik olan ordusu vardır.
Yeri gəlmişkən, bir məsələni də bildirmək lazımdır ki, hərbi vəzifəlilərin, yaxud silah-sursatın və texnikaların müvafiq toplanış yerlərinə daşınması barədə məlumatları paylaşmaq qəti qadağandır. Bəzən sosial şəbəkələrdə məxfilik qaydaları qorunmur, kimsə istədiyi formada məlumatlar, şəkillər paylaşır, xalqımızın birliyinə və ordumuzun nüfuzuna xələl gətirən fikirlər bildirirlər. Bütün belə hallar yolverilməzdir.
Vətənimizin ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı işğalçılardan təmizləmək üçün bir nəfər kimi vahid cəbhədə birləşək, güclü həmrəylik nümayiş etdirək və əsas məqsədimizə yetişək. Allah millətimizi, xalqımızı, ordumuzu qorusun!
Arif PƏNAHLI, ehtiyatda olan polkovnik-leytenant,
Qarabağ müharibəsi veteranı
AFİA.AZ

 

23 Oktyabr 2020 Erməni xüsusi təyinatlılarının komandiri məhv edildi
22 Oktyabr 2020 İki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB
21 Oktyabr 2020 Düşmənin tabor komandiri məhv edildi - Rəsmi
20 Oktyabr 2020 Mustafa Şəntop Gəncəyə səfər edəcək
19 Oktyabr 2020 Ermənilər Tərtər pambıq zavodunu vurdu - Foto
19 Oktyabr 2020 Bu ərazilər azad edildi - Prezident elan etdi
18 Oktyabr 2020 “Azərbaycan Ordusu qarşıya qoyulan istənilən döyüş tapşırığını icra etməyə hazırdır”
18 Oktyabr 2020 Türkiyədə terror aktının qarşısı son anda alındı: Saxlanılanlar var
18 Oktyabr 2020 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
17 Oktyabr 2020 “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik” - Prezident
17 Oktyabr 2020 “Kasıb, yoxsul Ermənistanda bu qədər silah hardandır?” - Prezident
17 Oktyabr 2020 Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ
17 Oktyabr 2020 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı
17 Oktyabr 2020 Hacıyev: Gəncəyə "Elbrus" raketləri atılıb - Foto
17 Oktyabr 2020 Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir
17 Oktyabr 2020 Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb”
16 Oktyabr 2020 Prezident bir neçə kəndin azad olunmasını elan etdi
15 Oktyabr 2020 Türkiyəsiz hər hansı bir məsələ həll edilə bilməz - Prezident
15 Oktyabr 2020 Qarabağda erməni generalı məhv edilib
14 Oktyabr 2020 Yoluxanların sayı 350-ni keçdi
14 Oktyabr 2020 Ordumuz darmadağın etdi
13 Oktyabr 2020 Əhali Xankəndini tərk edib, şəhər boşdur - Video
13 Oktyabr 2020 İtaliyalı deputatlar Gəncə təxribatını pislədi
13 Oktyabr 2020 Ölkəmizdə koronaya yoluxanların sayı sürətlə artır
12 Oktyabr 2020 Bu, rəsmi Ermənistanın günahı kimi qalacaq - Savelyev
11 Oktyabr 2020 İlham Əliyev: Rusiya Paşinyanı növbəti dəfə xilas etdi
09 Oktyabr 2020 Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ
08 Oktyabr 2020 “Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir” - Hulusi Akar
08 Oktyabr 2020 “Mardakert (Ağdərə) qanlı sıyığa dönüb, hər şey yanır, minlərlə ölü var...”
08 Oktyabr 2020 Düşmən yaşayış məntəqələrimizi atəşə tutur: Ölən və yaralananlar var - RƏSMİ

Xəbər lenti