.

2 oktyabr 2020-ci ildə Lider TV-nin “Çıxış yolu” verilişinin  qonağı oldum.Verilişin qonaqları Qarabağ qazisi Gültəkin Quliyeva, şair Asif Əsədullazadə və psixoloq Vəfa xanım idi.

Verilişin aparıcısı Nuranə xanım Gülər bizi gülər üzlə, qələbə abu-havası ilə qarşıladı.Bütün qonaqlara bir-bir söz verdi.Mən isə çıxışıma aşağıdakı sözlərlə başladım: ”27 sentyabr tarixində 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış həmvətənlərimizi yurd-yuvalarından didərgin salmış erməni mənfurlarının təmas xəttində yaşayış məntəqələrinə hücumu nəticəsində dinc sakinlərin müdafiəsi, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi məqsədi ilə Milli Ordumuzun əks-hücuma keçməsi və bunun nəticəsində Füzuli rayonunun 4, Cəbrayıl rayonunun isə 2 yaşayış məntəqəsinin azad edilmə xəbərini Ali Baş Komandanımız cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətindən bildikdən sonra ürəyim dağa döndü. Bir anlıq özümü rəşadətli əsgərlərimizin yanında hiss etdim. Lakin istəsəm də, yaşım  orduya getməyimə yol vermədiyindən həmin gün ürəyimdən keçənləri şeir formasında kağız üzərinə köçürdüm. İlhamlanaraq  5 şeir yazdım.”Var ol, Azərbaycanım!”, “Kənd Qaradiz” , “Arzusundayam”, “ Qisasın alındı, Şəhid!” və “Milli hədəf”.Yazdığım  şeirləri Ali Baş Komandanımıza, müzəffər ordumuza və Vətən uğrunda Şəhid olmuş əsgərlərimizə həsr edirəm.
Həmin gün, yəni 2 oktyabr 2020-ci ildə Xocavənd rayonunun işğal olunmasından 28 il ötürdü.Həm də mənim babam, uzun illər Xocavənd rayonunda məsul işlərdə çalışmış Azərbaycanın əməkdar səmərələşdiricisi Həsənov Saleh Sadıq oğlunun da vəfatından 28 il ötürdü.Həm Xocavənd rayonunun, həm də babamın anım gününə görə “Arzusundayam” adlı şeirimi söylədim.
Həmçinin Şəhidlərimizin xatirəsini yad edərək “Vətən Qəhrəmanları” adlı şeirimi söylədim.
 

                      Var ol, Azərbaycanım!

 

Bu gün zəfər günüdür, səfərlərdə ad saldıq,

Dedik : ”Bəsdir yurdumuza minlər ilə yad saldıq!”

Cocuq Mərcanlımızda Qarabağ abad saldıq,

Biz Sənin üçün varıq, var ol Azərbaycanım!


 

Poladların qisası bizim amalımızdır,

Qarabağın minvalı bizim minvalımızdır,

Azərbaycan həm Altay, həm də Aralımızdır,

Biz Sənin üçün varıq, var ol Azərbaycanım!

 

Bizim üçün ağırdır hər bir Şəhid xəbəri,

Budur Dünya qanunu, Dünya qəzov-qədəri,

Yetər! Və bitməlidir Qarabağın dərd-səri,

Biz Sənin üçün varıq, var ol Azərbaycanım!

 

Biz ki sənsiz heç kimik, ruh ver bizə hər zaman,

Ruh ver ki, cəhənnəmə vasil olsun “hrantyan”,

Qələbənin mənası sənsən, ey Azərbaycan!

Biz Sənin üçün varıq, var ol Azərbaycanım!

 

Bu deyildir şerimin, sözümün son kəlməsi,

Çox eşidilməlidir aslanımın nərəsi,

“QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ!”

Allahımla sən bizə yar ol, Azərbaycanım!

Biz Sənin üçün varıq, var ol Azərbaycanım!

Sənin üçün varıqsa, var ol Azərbaycanım!

 

 

                                  27.09.2020      SAAT 16:03

 

                             Kənd Qaradiz

 

( Füzuli rayonunun Kənd Qaradiz yaşayış məntəqəsinin mənfur düşməndən azad edilməsi xəbərini Ali Baş Komandan cənab İlham Əliyevdən eşitdikdən sonra ilhamlanaraq)

 

Bu gündə var xüsusi iz,

Kənd Qaradiz, Kənd Qaradiz!

Səninlə sevinirik biz,

Kənd Qaradiz! Kənd Qaradiz!

 

Arzuladıq səni hər an,

Arzuladı çox şirin can,

Arzuladı Azərbaycan,

Kənd Qaradiz, Kənd Qaradiz!

 

Şad xəbəri eşidən an,

Hər bir tüküm oldu biz-biz,

Düşmənə dedik: “rədd ol “yan”,

Kənd Qaradiz, Kənd Qaradiz!

 

Səni çox anlayıram mən,

Çox ayrı qalmışdın bizdən,

Gəlməsin o dəm yenidən,

Kənd Qaradiz! Kənd Qaradiz!

 

 

Veteranlar çox sevinir,

Qaradizi yada salır,

O günlər və bu günlərdən,

İlham ilə ilham alır.

 

Biz sənə həmişə yarıq,

Hər bir qarışında varıq,

Düşmənlərə yağan dolu,

Düşmənlərə yağan qarıq.

 

Qərq edərik düşmənləri,

Hər zillətə, hər kədərə.

İndi artıq  bizimləsən,

Lənət deyək düşmənlərə.

 

Özümü heç saxlamaram,

Dəyişik bir duyğudayam.

İlham ilə irəlidə,

Yazaram, həm yaradaram.

 

Mənim Mütalib dayımın,

Bilirəm ki, ruhu şaddır.

Sahib dayımsa xəbəri,

Eşidəndə çox ruhlanır.

 

Sənin inamın İlhamdır,

Sənsiz düşmən çökməzdi diz.

Sən yenə Azərbaycansan,

Kənd Qaradiz, Kənd Qaradiz!

 

                                              27.09.2020 16:21.

 

 

                              Milli hədəf

 

Düşmənləri edərik dəf,

Qarabağdır milli hədəf.

Biz Qarabağın eşqinə,

Əmr ilə tuturuq səf.

 

Qorxmuruq Allahdan başqa,

Bir qüvvədən, bir kimsədən.

Heç bir zaman dəyişmərik,

Dönmərik biz mövqemizdən.

 

Biz səylə çalışırıq ki,

Ağlamasın insan bir an.

Sızlamasın heç bir ürək,

Qovrulmasın Azərbaycan.

 

Güllələr dəyir hədəfə,

Yol vermərik biz bir səhvə.

Şeirim də bir bombadır,

Düşmənə dəyər hər dəfə.

 

Hər gün bizdən danışarlar,

Uğurları qısqanarlar.

İt hürsə də, karvan keçər,

Türklər zəfərə qaçarlar.

 

Daşmayacaq göz yaşıyla,

Heç daşmayacaq xan Araz.

Dəli Kür Vətən dəlisi,

Deyir : “Zəfərə dastan yaz!”

 

Çox dastanlar yazacağam,

Çox nəğmələr bu zəfərə.

Zəfər Allahdandır, bəli,

Allah yar olsun bizlərə.

 

Çox şükür ki, yurdumuzun,

Üzü hər bir zaman ağdır.

Hədəfimiz İrəvandır,

Hədəfimiz Qarabağdır!

 

Düşmənləri edərik dəf,

Qarabağdır milli hədəf.

Biz Qarabağın eşqinə,

Əmr ilə tuturuq səf.

                                      27.09.2020 SAAT 16:34

 

                           

                           ARZUSUNDAYAM

 

Ürəyim daralır, sıxılır çox vaxt,

İndi də dəyişik duyğulardayam.

Çünki doğma kəndim Muğanlı ilə

Mən Qarabağımın arzusundayam.

 

Bir addım qalıb ki, zəfəri çalaq,

Xankəndində, həm də Şuşada qalaq,

Yağı düşmənlərdən qisası alaq,

Çiçəkli dağımın arzusundayam.

 

Düşmənin atdığı dəyir sinəmə,

Hər gülləylə yara vururlar mənə,

Əlilin yarası mənimdir yenə,

Solumun, sağımın arzusundayam.

 

Nə gəzərdim Cıdır düzü tərəfi,

Nə içərdim su İsa bulağından.

Nə qalardım Topxana meşəsində,

Yaylaq, oylağımın arzusundayam.

 

Xoş xəbər alaram türkün elindən,

Gülər üz görərəm qızdan-gəlindən,

“Zəfər!” eşidərəm diktor dilindən,

Zəfər sorağımın arzusundayam.

 

Qarabağ yurdumun səni, mənidir,

Onun bu düyünü saçın dənidir,

Qarabağ ULU TÜRKÜN VƏTƏNİDİR,

Mən Qarabağımın arzusundayam.

 

Ürəyim daralır, sıxılır çox vaxt,

İndi də dəyişik duyğulardayam.

Çünki doğma kəndim Muğanlı ilə

Mən Qarabağımın arzusundayam,

BÜTÖV AZƏRBAYCAN ARZUSUNDAYAM!

 

                                       27.09.2020 SAAT 17:02

 

                       

                 QİSASIN ALINDI, ŞƏHİD!

      ( Qisası dəfninin 7-ci günündə alınan son şəhidimiz Elşən Məmmədovun əziz xatirəsinə...)

 

Şəhadətin mübarəkdi,

Qisasın mübarək oldu.

Vətənin igid əsgəri,

Güc-qüvvətdə bir tək oldu.

 

Sənin qoyub getdiyin güc,

Bizi haraya apardı.

Füzuliyə, Cəbrayıla,  

Suqovuşana  apardı.

 

Sən güc verdin biz gənclərə,

Səndən ilhamlandıq, Şəhid!

7 gündür ki, biz səni

Qisasla bir andıq, Şəhid!

 

Anacan, dik tut başını!

Əbədi qisas alındı!

Azad olunan kəndlərdə

Şəhid ruhu gəzir indi.

 

“Bozqurd” ular o kəndlərdə,

Haraylayar o kəndlərdə,

Azərbaycan türklərini

Hey çağırar o kəndlərdə.

 

Şəhidim, gül, sevin sən çox,

Düşmən gözünə batıb ox.

Ağlamadı, ana, bacı,

Daha burda ağlayan yox.

 

Ağlamayaq, vaxt daralıb,

Sevinək ki, zəfər vardır.

7 kənd azad olubsa,

Qarabağ da olacaqdır!

 

                                         27.09.2020             saat 15:47

 

 

                    Azərbaycan Əsgəri!

 

Namus sənin əlində,

Yurd sənin əlindədir,

Çaqqal başı əlində,

Qurd baxışı genindədir.

Düşmənlərə de hər vaxt:

“Rədd ol Yurdumdan, yeri!”

Sənindir Nadir-i-Taxt,

Azərbaycan Əsgəri!

 

Yurd sənin üçün vardır,

Vətən sənlə ruhlanır.

Düşmən gözündən zəhər,

Səndən isə nur yağır.

Sən intiqamını al,

Sonra isə dön geri!

Yaşa öz yurdunda qal,

Azərbaycan əsgəri!

 

Bilirəm, darıxırsan,

Sən anandan-atandan.

Sən niyə darıxırsan?

Axı var burda anan,

Yəni, bir Azərbaycan!

Silahı bərk tutmaqçün ,

Sıxılıbdır əlləri,

Zəfər səni səsləyir,

Azərbaycan əsgəri!

 

Gücsüz olmayacaqsan,

Çünki sən bir simurqsan.

Gücün azalan zaman,

Külündən doğacaqsan.

Güclü olmamaq olmaz,

General səngərdədi!!!

Yağını qır, elə az,

Azərbaycan əsgəri!

 

Düşmənini qır qurtar,

Qalmasın bir nəfəri,

Səninlə fəxr edirik,

Azərbaycan əsgəri.

 

 16.07.2020                       

 saat 12-36.

 

P.S:Bu gün 15  oktyabr 2020-ci ildir. Qarabağımızı erməni mənfurlarından azad etməyimiz üçün başladığımız Vətən Müharibəmiz artıq 19 gündür ki, davam edir. Bu günə qədər 1 şəhər, 1 qəsəbə və 46 kəndimiz düşmənlərdən azad olunmuşdur.

Bilirəm ki, yaxın günlərdə bütün Qarabağımız işğalçılardan təmizlənəcək və biz Qələbə günümüzü Şuşada qeyd edəcəyik.

Ali Baş Komandanımıza və Milli Ordumuza güvənirik!

QARABAĞ AZƏRBAYCANDIR!

 

                                                                      SEVİNDİK NƏSİBOĞLU
                                                                                              15.10.2020.

 

Xəbər lenti