.

Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Sentyabrın 27-dən bəri öncəbhədə döyüşlər gedir, ancaq döyüşlər yalnız öncəbhədə getmir, eyni zamanda diplomatik cəbhədə, beynəlxalq əlaqələr sferasında da davamlı mübarizə içindəyik. Azərbaycanın haqlı mübarizəsini, Silahlı Qüvvələrimizin xilaskarlıq missiyasını beynəlxalq səviyyəli erməni yalanları və həyasızlığı ilə qaralamağa, gözdən salımağa cəhdlər var. Bu, cənab Prezidentin sözləri ilə desək, dünya erməniliyinin ənənəvi qara piarıdır. Lakin bütün fəaliyyəti yalan, böhtan, iftira, şantaj üzərində qurulmuş beynəlxalq erməni şəbəkəsi, lobbi və diaspor gücü, artıq cavablar almağa başlayır və deyəsən, onların hesablamadığı yeni bir mənzərə yaranır...

Nə üçün belə yazıram? – İlk növədə ona görə ki biz, işğalçı Ermənistanın gücsüz olduğunu bilirdik. Bilirdik ki, onlar hərbi güclərinə, insan resurslarına, iqtisadi imkanlarına deyil, məhz xarici havadarlarına, qara piara arxalanır. Amma budur, artıq 20 gündür aktiv döyüşlər gedir, Ermənistan bütün cəbhələrdə geriləyir, çox ciddi itkilər verir, gözlədikləri dəstəyi ala bilmir – bir sözlə, düşmən ölkə pərişan, pəjmürdə hala düşüb. Telefondan asılı qalan “guya demokrat” Paşinyana, “Soros uşağı” olması da, arxalandığı beynəlxalq erməni şəbəkəsi də - heç kim və heç nə kömək edə bilmir. Çünki Azərbaycan bütün cəbhələrdə öz haqq və ədalətli mövqeyindən geri durmur; çünki Azərbaycan hücum diplomatiyası həyata keçirir. ATƏT-in sülhyaratmayan sülhyaratma missiyası, Minsk qrupunun həmsədrləri hər nə qədər cəhdlərdə bulunsa da, Azərbaycanın haqqı nəinki üzülmədi, nazilmədi, əksinə gücləndi, möhkəmləndi!
Bizim gözümüzdə tük axtaranları öz gözlərindəki tiri görməyə dəvət etmişik. Onlardan bizə  ittihamları üçün dəlil istəmişik, sübut tələb etmişik. Yoxdur belə dəlil-sübut! Əvəzində bizə irad tutanların öz ölkələrinin TV-lərində, onların anladığı dildə münasibətimiz, mövqeyimiz tirajlanır. Hiss olunur ki, “ittiham”ların yerini anlayış göstərmə mərhələsi tutmaqdadır.
Bizim zatən elə də müşkül tələbimiz, istəyimiz yoxdur – çox sadə bir istəkdir bu: ədalətli olun! – Bu qədər yetər!
Əlbəttə, qeyd olunan planlarda məhz dövlət başçımızın titanik səyləri, dünya liderlərinin zəngləri zamanı və nüfuzlu xarici TV-lərin müsahibələri vaxtı verdiyi mükəmməl cavablar dünya erməniliyini sarsıdır. Yalan-yanlışlardan qulağı doymuş dünya ictimaiyyəti aydan arı, sudan duru mövqe ilə tanış olduqca, müqayisə aparır, doğrunu bulur. Artıq birtərəfli təbliğat sıradan çıxarılıb; deyəcəkləri varsa, eşidcəkləri də var! Bu mübarizdə uduzan biz ola bilmərik. Çünki haqlıyıq. Çünki  öncələrdən fərqli olaraq, haqlı olduğumuzu duyura, tirajlaya bilirik. Çünki hərb meydanındakı qüdrətimiz dəngələri dəyişib, bizi dinləmək, bizi danışdırmaq, bizdən fikir almaq ehtiyacı yaranıb. Çünki bizim lider dünyanın istənilən lideri ilə ən yüksək diplomatik danışıqlar aparmaq, jurnalistlərin elanolunmamış müharibə ilə bağlı ən çətin suallarına ən aydın, doğru cavablar vermək istedadına, imkanına sahibkən, düşmən ölkənin baş naziri öz səbatsızlığı ilə gülüş hədəfi olmaqdan qurtula bilmir.
Bizim heç bir platformada çəkinəcəyimiz yoxdur. Buyursun, istənilən media orqanı bərabər şərait yaratsın, Prezident Əliyev də danışsın, Baş nazir Paşinyan da. – Nəticə Gün kimi aydındır. Bu, Xeyirlə Şərin, Haqla Nahaqqın qarşılaşması olacaq. – təbii, dediklərimiz yalnız gələcəklə bağlı ehtimal deyil; daha öncələr bir neçə dəfə əyani və qiyabi debatda iki ölkə rəhbərinin intellektual imkanları arasındakı kəskin fərqi görmüşük. Dediklərimizin nə qədər doğru olduğunu çox da uzağa getmədən, elə dünən, iki liderin “RİA Novosti” agentliyinin (Dmitri Kiselyovun) suallarına verdiyi cavabda da aydın şəkildə görmək mümkündür. Yalnız Şəri danışdıranda, Şərə üstünlük tanınanda, əlbəttə, bu ədalətli olmur və belə beynəlxalq media dələduzluğu ilə haqq-nahaqqı seçmək, ədaləti üzə çıxarmaq mümkün deyil.
 
Beləliklə, cənab Prezidentin bir neçə ingilisdilli, rusdilli və b. TV kanallarına hadisə kimi müsahibələrindən sonra, “France 24”ün də müsahibə üçün müraciət etməsi və verilən cavablar ən azı iki planda önəm daşıyır:
1) Biz öz həqiqətlərimizi tirajlamış olduq;
2) Fransa ictimaiyyəti doğrularla tanış oldu.
Bura, Fransa adının avtomatik olaraq, haqsızlıq, ədalətsizliklə assosiasiya olunmasının qismən azalma ehtimalını da əlavə etmək olardı... hərçənd “Franse 24” jurnalistinin suallarının qoyuluşu o azalma ehtimalını sual altına alırdı: “...Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi? Dünya Dağlıq Qarabağdakı Xankəndidə mülki şəxslərin artilleriya atəşinə tutulması görüntülərini görüb”, “Siz deyirsiniz ki, atəşkəs müəyyən olunandan sonra Azərbaycan tərəfindən heç bir zərbə endirilməmişdir? Hətta hərbi hədəflərə də?”, “Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil”, “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?” və s. – Necə deyərlər, bu, “evtapşırığı” suallar “France 24”-ün ideoloji-siyasi yönümünü gizlətməyə imkan vermir.  Əlbəttə, bu suallardan tərəfsizlik ovqatı görünmür; ancaq əsas olan suallar deyil, cavablardır. (Yəqin heç təsadüf deyil ki, hətta türk dronlarının sayını belə öyrənmək istəyən “France 24”-ə cənab İlham Əliyevin cavabı  qardaş Türkiyədə manşet oldu (“Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır.”).
 
Prezidentin “France 24”-ə, eləcə də son günlər digər nüfuzlu dünya TV-lərinə verdiyi müsahibələr həm videomaterial şəklində, həm müsahibənin mətni Azərbaycan mediasında yetərincə işıqlandırılıb və hər kəs onlarla tanış ola bilər. Heç şübhəsiz, dövlət başçısının “France 24”-ə müsahibəsi erməni yalanlarına vurulan növbəti zərbə, erməni yalanlarının təsiri altında olanların doğrularla tanış olması, həqiqətlərlərimizin yeni ünvanlar qazanması baxımından çox önəmlidir. Elə bilirəm, 27 sentyabrdan başlanan ən yeni dönəm tariximizin gələcək araşdırıcılarının müraciət edəcəyi qaynaqlar sırasında cənab Prezidentin göstərilən tarixdən bu yana xarici TV-lərə verdiyi müsahibələr, o cümlədən “France 24”-ə müsahibə özünəməxsus yer tutacaq.
 
İşimiz haqq işidir!
 
DÖVLƏTİMİZ VAR OLSUN!
 
 
26 Oktyabr 2020 İlham Əliyev xalqa müraciət edəcək
26 Oktyabr 2020 Bakı təkcə 7 rayonu qaytarmayacaq - Rusiyalı general
24 Oktyabr 2020 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24 Oktyabr 2020 Rusiya XİN Arturla bağlı məlumat yaydı
24 Oktyabr 2020 Düşmən təcavüzü: 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb
24 Oktyabr 2020 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq
24 Oktyabr 2020 Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
24 Oktyabr 2020 Azərbaycanda Dünya Soyqırımı Araşdırmaları Konfransı keçiriləcək
24 Oktyabr 2020 Hacıyev: Ermənistanda denalism dalğası başlayacaq
24 Oktyabr 2020 Ceyhun Bayramov Pompeo ilə görüşündən danışdı
24 Oktyabr 2020 Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
23 Oktyabr 2020 Zəngilanda diversiya etmək istəyən düşmən belə məhv edildi - VİDEO
23 Oktyabr 2020 Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO
23 Oktyabr 2020 Pakistanlı aparıcı "Qarabağ Azərbaycandır!" dedi-FOTO
23 Oktyabr 2020 “Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı
22 Oktyabr 2020 Arutyunyan erməniləri qələbə üçün kilsələrdə dua etməyə səslədi
22 Oktyabr 2020 Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – PA rəsmisi
22 Oktyabr 2020 Qubadlı istiqamətində düşmən vacib yüksəklik və mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Prezidentdən ŞAD XƏBƏR: Daha 22 kənd düşməndən azad olundu
21 Oktyabr 2020 Cəbrayıl-Qubadlı istiqamətlərində düşmən geri çəkildi
20 Oktyabr 2020 Zəngilan azad edildi - Təcili
20 Oktyabr 2020 Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - Video
20 Oktyabr 2020 ERMƏNİ YALANI CÜCƏRİR, AMMA BİTMİR
19 Oktyabr 2020 Prezident TASS-a müsahibə verdi - Foto
19 Oktyabr 2020 Tramp: “Rusiya bizə həsəd aparır”
19 Oktyabr 2020 Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik etdi
18 Oktyabr 2020 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…
18 Oktyabr 2020 Müzəffər ordunla əbədi yaşa, Azərbaycan!
18 Oktyabr 2020 Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir – Rəsmi agentlik
18 Oktyabr 2020 Ad günün mübarək Nigar, bağışla bizi - Hikmət Hacıyev

Xəbər lenti