.

... Kürsüyə bir zavallı qızcığaz qalxmışdı, danışdıqca göz yaşlarına hakim kəsilə bilmirdi. 14-15 yaşı ancaq olardı, Xocalıdan danışırdı, hər iki valideynini itirməsindən, həyatda minbir müsibətlə üzləşməsindən, nigaran taleyindən, ata-ana nəvazişinə həsrət qalmasından söhbət açırdı.

Onda Xocalı faciəsinin ildönümü qeyd edilirdi və məni də Bakı məktəblərindən birində keçirilən tədbirə dəvət etmişdilər. Qızı sakitcə dinləmək mümkün olmurdu, müəllimlər də, onun yaşda olan şagirdlər də yaman kövrəlmişdi. Çıxışının sonunda bir anlıq sükuta dalıb salondakılara nəzər yetirdi. Onun nigaran baxışlarından çox şey oxunurdu, elə bil indicə hayqırıb “Kimdir günahkar?” soruşacaqdı. Amma heç dillənmədi, sakitcə keçib yerində əyləşdi. Sonrası yadımda deyil, daha kimlər çıxış etdi, bilmirəm, çünki nəzərlərim eləcə o qızı axtarırdı. Hərbi formada olduğuma görə özümü də günahkarlardan biri hesab edirdim, axı düz 15 idi ki, Xocalı sükuta dalıb qisas gününü gözləyirdi. Xocalıdan olan qızcığaz da sanki məni formada  görüb düşünürdü ki, görəsən ordumuz nə zaman sözünü deyəcək? Nə vaxt Azərbaycan əsgəri Xocalı faciəsini törədənlərin dərsini verəcək?
Həmin faciədən bizi düz 28 illik zaman məsafəsi ayırır. Bu dövrdə xalqımız da, dövlətimiz də əlbir olub ordumuzu gücləndirdi. Azərbaycan siyasi və iqtisadi əlaqələrini inkişaf etdirib Cənubi Qafqazın lider dövlətinə çevrildi, ordumuz isə müasir ordular səviyyəsində tərəqqi edib dünyanın güclüləri sırasında özünə yer tutdu. Əlbəttə, ölkəmizdə ordu quruculuğunu inkişaf etdirmək üçün böyük vəsait tələb olunurdu, amma xalqımız maraqlıydı ki, hərbi xərcləri artırmaqla ordunu gücləndirək, ən yeni silah və hərbi texnikalara sahib olaq. Çünki dünya birliyi illərdən bəri susmaqda davam edirdi,  Xocalı faciəsini törədənlərə,  20 faiz torpaqlarımızı işğal edənlərə yerini göstərən tapılmırdı. Bu susqunluğu görən düşmən isə daha da şirniklənirdi, yeni ərazilər əldə etmək xülyasına düşürdü. Ardıcıl atəşkəs pozulur, sərhəd kənd-kəsəyimiz aramsız hücumlara, təxribatlara məruz qalırdı...

Nəhayət 2016-cı ilin ilk aprel günündə Ermənistan sərhəd bölgələrimizdə ilk genişmiqyaslı təxribat törətdi. Yenə də günahsız sakinlərimiz, onların ev-eşikləri artilleriya atəşinə məruz qaldı. Və məhz bu zaman qarşı tərəf ordumuzun güclü əks-hücumu ilə qarşılaşdı. Cəmi bir neçə gündə düşmənin nəzarət etdiyi bir sıra yüksəkliklər, habelə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan təmizləndi. Nə yazıqlar ki, yenə də düşmənin güclü havadarları bizi atəşkəsə əməl etməyə səslədilər. Yenə də BMT, ATƏT rəsmiləri hay-küy qaldırıb münaqişəni dinc yolla həll etməyə söz verdilər. Gözlədik və ümid etdik ki, bəlkə də təcavüzkar dövlətə təpki göstərən tapıldı.
Və beləcə illər ötüşdü, cəzasız qalan düşmən daha da azğınlaşdı. Bir-birinin ardınca yenə sərhədlərimiz atəşlərə məruz qaldı, zavallı kəndli öz torpağını rahatca əkib becərməyə imkan tapa bilmədi. Bu ilin isti yay günlərinin birində Tovuz rayonu istiqamətində yenə düşmənin güclü hərbi təxribatı qeydə alındı. Yenə də ordumuzun bölmələri işğalçını geri çəkilməyə məcbur etdi. Düşmən ölkənin ordusunda baş verən belə məğlubiyyətlər isə hakimiyyəti erməni xalqının gözündən salırdı. Küçə diplomatiyasından baş nazir vəzifəsinə yüksəlmiş Nikol Paşinyan sələflərinin acı taleyini yaşamamaq üçün xalqının fikrini daxili böhrandan, sosial problemlərdən yayınmağa cəhd göstərdi. Bəs bundan ötrü nə lazım idi? Xalqı müharibəyə tərk etmək!
Sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri demək olar bütün cəbhəboyu təxribata əl atdılar, sərhəd bölgələrimiz düşmənin artilleriya hücumuna məruz qaldı. Bu zaman isə Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu özünü gözlətmədi. Bütün qoşun növlərimiz hərəkətə keçdi və cəmi iki gündə 6 kəndimiz, strateji əhəmiyyət kəsb edən Murov yüksəkliyi işğalçılardan azad olundu. Növbəti qələbələrimiz qeydə alındı, Füzuli, Cəbrayıl rayonları, digər yaşayış məntəqələrimiz qüdrətli ordumuzun əks-hücumları nəticəsində yağılardan təmizləndi.


Cəbhə xəttində ordumuzun hücumlarına tab gətirməyən düşmən xain xislətindən əl çəkmədi, dinc insanlarımızı hədəfə aldı. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə iki dəfə düşmən ordunun raket hücumlarına məruz qaldı. Gecənin bir aləmində, cəbhədən nə qədər uzaq məsafədə yaşayan vətəndaşlarımız qətlə yetirildi. Amma nə birinci qırğında, nə də ikincidə bir neçə dost ölkə istisna olmaqla əksər dövlətlər səsini çıxarmadı. Maraqlıdır, dünya birliyi, insan hüquqlarını bayraq edən BMT, ATƏT, digər beynəlxalq səviyyəli təşkilatlar niyə təcavüzkara, terrorçu dövlətə yerini göstərmir? Əgər bu qırğınlar ermənilərin başına açılsaydı, hamı ayağa qalxacaqdı. Deməli, cənablar, əsl günahkarlar illərdən bəri dünyanı ikili standartlarla idarə edən nəhəng dövlətlərin rəhbərləridir. Bəsdirin daha, Azərbaycanı zəif və aciz bilməyin, Azərbaycan 28 il, 30 il əvvəlki zəif ölkə deyil, indi  dünyada söz sahibi olacaq güclü və qüdrətli bir dövlətdir, vətənpərvər xalqımız və məğlubedilməz ordumuz var.
Yaşasın qüdrətli Azərbaycan! Şanlı ordumuza eşq olsun!


Arif PƏNAHLI, hərbi jurnalist,
Qarabağ müharibəsi veteranı
 
 
 
 
 
28 Oktyabr 2020 Tramp Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəsin pozulmasına məyus oldu
27 Oktyabr 2020 Qondarma rejimin “müdafiə naziri”nin məhv edildiyi avtomobil - FOTO
27 Oktyabr 2020 “Beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq” - XİN
27 Oktyabr 2020 Düşmən geri oturdulub, qərargah rəisi məhv edilib
26 Oktyabr 2020 Sabiq deputatdan maraqlı təklif
26 Oktyabr 2020 Ermənistan öz əsirlərini geri almaqda maraqlı deyil - Düşmən Azərbaycanın təklifinə cavab vermir
26 Oktyabr 2020 Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - VİDEO
26 Oktyabr 2020 İlham Əliyev xalqa müraciət edəcək
26 Oktyabr 2020 Bakı təkcə 7 rayonu qaytarmayacaq - Rusiyalı general
24 Oktyabr 2020 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24 Oktyabr 2020 Rusiya XİN Arturla bağlı məlumat yaydı
24 Oktyabr 2020 Düşmən təcavüzü: 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb
24 Oktyabr 2020 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq
24 Oktyabr 2020 Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
24 Oktyabr 2020 Azərbaycanda Dünya Soyqırımı Araşdırmaları Konfransı keçiriləcək
24 Oktyabr 2020 Hacıyev: Ermənistanda denalism dalğası başlayacaq
24 Oktyabr 2020 Ceyhun Bayramov Pompeo ilə görüşündən danışdı
24 Oktyabr 2020 Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
23 Oktyabr 2020 Zəngilanda diversiya etmək istəyən düşmən belə məhv edildi - VİDEO
23 Oktyabr 2020 Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO
23 Oktyabr 2020 Pakistanlı aparıcı "Qarabağ Azərbaycandır!" dedi-FOTO
23 Oktyabr 2020 “Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı
22 Oktyabr 2020 Arutyunyan erməniləri qələbə üçün kilsələrdə dua etməyə səslədi
22 Oktyabr 2020 Raketlər Qafan və Cermuk bölgələrindən atılıb – PA rəsmisi
22 Oktyabr 2020 Qubadlı istiqamətində düşmən vacib yüksəklik və mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Prezidentdən ŞAD XƏBƏR: Daha 22 kənd düşməndən azad olundu
21 Oktyabr 2020 Cəbrayıl-Qubadlı istiqamətlərində düşmən geri çəkildi
20 Oktyabr 2020 Zəngilan azad edildi - Təcili
20 Oktyabr 2020 Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - Video
20 Oktyabr 2020 ERMƏNİ YALANI CÜCƏRİR, AMMA BİTMİR

Xəbər lenti