.

Qismətimizlə barışmalıyıq: biz haqq-ədalət, düşmənimiz isə yalan aşiqidir. Buna görə biz hədsiz dərəcədə üzülməməli və erməni yalanlarına qarşı təkcə dözüm yox, həm də hərtərəfli mübarizə aparmalı, informasiya savaşında bir addım da geri qalmamalıyıq. Əfsus ki, rəşadətli ordumuzun Dağlıq Qarabağ uğrunda müzəffər yürüşü başlayan gündən etibarən sosial şəbəkədə saxta erməni xəbərləri geniş miqyasda qaynamaqdadır. Savaş meydanında əməliyyat üstünlüyümüzdən bağrı yarılan daşnaklar, necə deyərlər, heydən düşən yalan maşınlarını iki mühərrikli ediblər. Elə ifrat şeylər uydurur, elə cəfəng fikir və mühakimələr yürüdürlər ki, əsəb tellərimiz sakit dayanmır.

1-ci Dağlıq Qarabağ döyüşlərindən fərqli olaraq indiki uğurlu əks-həmlələrimiz barədə məlumatların yayılması ilə bağlı bir müsbət cəhət məni çox sevindirir. Yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin elan etdiyi xəbərləri doğru qəbul edirik. Ona görə də virus kimi aləmə yayılan erməni yalanı qısa ömürlü olub. Hər bir sahədə pərt olsalar da, geri çəkilmək istəmirlər. Sırtıq daşnak yalanının ayaqlarını həqiqət qılıncımızla o qədər qırmışıq ki, daha onların yalanı ayaq üstündə çox dura bilmir. Bu gedişlə daşnak yalanı xroniki hala çevrilərək gödəkayaqlı kimi dünyaya gəlir. Necə deyərlər, erməni yalanı cücərir, amma bitmir.
Hələ sonu tam bitməyən erməni saxtakarlığının yaratdığı mühitdə bir qramlıq da həya nişanəsi tapa bilmirsən. Əksər “demokratiya carçıları” sussalar da, dünyanın gözü qarşısında baş verən erməni terrorunun qanlı səhifələri bir-bir tarixə köçürülür, hərbi cinayətlər real şəkildə rəsmiləşdirilir. Hamı görür ki, savaşda Azərbaycan əsgərinə cavab verə bilməyən düşmən qüvvələri Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımızla yanaşı ulu Gəncəmizi də əsas terror obyektinə çeviriblər. İnsanlığa zidd erməni barbarlığının yeni qara əməlləri törədilir. Vandal həyasızlığının həddinə baxın ki, ön atəş xəttindən xeyli uzaqda yerləşən Gəncənin dinc əhalisi gecə vaxtı ballistik raket atəşinə tutulur. Körpə balalarımız yuxu içində qətl edilir. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı bütün dünyaya yayıldığı halda Rusiya televiziya kanalında erməni diasporasının əli ilə Gəncə terrorunun ürək dağlayan fotoşəkilləri əvvəlcə yalnış bir formada Ermənistan şəhəri kimi təqdim edilir və sonra həqiqət açıqlanır. Yəni erməni yalanı daha bir gün də yaşaya bilmir.
Zatıqırıq erməni yalanı ilə ilişgəli bir məsələyə də işıq salmaq istəyirəm. Əlbəttə, çox şanlı günlər içərisindəyik. Ordumuzun müzəffər yürüşü bizdə yüksək qürur hissləri doğurur, fərəh və həzz yaradır. Bu, təbii bir prosesdir. Amma sosial şəbəkə istifadəçiləri hərbi əməliyyatların aparıldığı istiqamət və mövcud savaş durumu barədə müxtəlif fikirlər paylaşaraq uğurlu həmlələrimizin nəticələrini qabaqlamağa cəhd edirlər. Söz yox ki, bu hərəkətlər siyasi-hərbi bilgilərə nabələdlilikdən törənir.
Savaş meydanında nəyin yaxşı, nəyin pis olmasını təyin etmək bir hərbi peşəkarlıq əməlidir. Məsələnin dərk edilməmiş tərəflərinə naşı yanaşma özünə zərbə vurmaq deməkdir. Ordu həyatının gizli məqamlarına, hərbi informasiyalara dair müvafiq mühafizə qaydalarına bələd olan şəxslər yaxşı dərk edirlər ki, müharibə dövründə hər bir hərbi xəbərin açımı ciddi ehtiyatlılıq tələb edir. Zəruri hərbi məxfiliyin bu və ya digər bir səpgidə sosial şəbəkədə pozulması döyüşçü qardaşlarımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bu, çox ehtimal ki, bizə sevinc xəbəri yox, istəmədiyimiz bir halda hər hansı uğursuzluq məlumatı çatdırar.
Məsələn, Feysbuk sosial şəbəkəsində təxminən 4 gün əvvəl “Vəfa İlaysu sevgim” adlı bir profildə ermənilərin ön atəş xəttindən çəkdiyi bir video görüntü paylaşılmış və profilin statusunda belə bir rəy yazılmışdı: ”Ermənilər yeni mövqe tuturlar. Mütləq paylaşın bunu. Düşmən 2 saat qabaq bu videonu paylaşıb. Artsax dedikləri yerdə mövqe tutublar. Mütləq paylaşın ki, hərbçilərimiz, bəlkə, görüb bilsinlər ki, düşmən haradadır...”
Əlbəttə, bu rəyi yazanın naşılığı aydın hiss edilir. Ona anlatmaq lazımdır ki, kamil bir üslubda idarə edilən Azərbaycan Ordusuna o sayaq kömək gərəkli deyil. Ehtimal ki, rəy yazan çox gənc bir qız uşağıdır. Onun ordu deyilən bir məsələdən zərrə qədər də anlayışı yoxdur. Elə zənn edir ki, doğma ordumuza nəsə kömək etmək gücündədir. Amma anlamır ki, sosial şəbəkəyə qoyulan o videomaterialın müəllifi ermənidirsə, demək, yüz faiz saxtadır, yaxud bir hiylə cəhdidir.
Kələkli cəhdlər xeyli çarıq yırtar, lakin dəyərli nəticəsi olmaz. Əsl dəyərli bəşəri əməl odur ki, haqqa varasan, insanlıq həyasını itirməyəsən. Təəssüflər olsun ki, bayaq misal çəkdiyimiz həmin rəy böyük maraq hissləri ilə bir neçə dəfə sosial şəbəkədə paylaşılır və mənasız olsa da, ictimai fikirdə çaşqınlıq halları əmələ gətirir.
Möhtərəm Ali Baş Komandanımız İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində erməni yalanına qarşı olaraq yeni açıqlamalar vermişdir: "Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, - Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur, - 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhv edildi, 35 ədəd OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB və başqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq. Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eşitsin".
Bax, əsl rəsmi açıqlama budur. Gəlin sadəlövh əməllərimizin qarşısını vaxtında alaq. Unutmayaq ki, müqəddəs Qarabağ səngərimizdə üzbəüz vuruşduğumuz düşməndə insanlıq sifəti yoxdur. Erməni məkrli bir məxluqdur. Onun ağzından heç vaxt düz söz çıxan deyil. Erməni üzdə şeytana lənət edib, xəlvətdə isə onun ardınca gedir. Onun səsləndirdiyi yalandan min böhtan törənir, bir böhtandan isə min ziyan. Hərbi həyata yaxşı bələd olan peşəkar insanlar yaxşı bilirlər ki, döyüş əməliyyatları barədə xoş məramla yazılan qeyri-dəqiq məlumatlar, hiylə məqsədilə çəkilən video görüntülər yalnız erməni tərəfinin mənafeyinə xidmət edir. Gəlin səhvini anlamayan bir tərzdə klaviaturaya basılan barmaqlarımıza “dur” deyək! Yalnız və yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edək...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant
 
 AFİA.AZ
03 Dekabr 2020 Deputatdan qalmaqallı açıqlama: “Türk ordusu Qarabağa gəlməməlidir” - VİDEO
03 Dekabr 2020 Rusiya Qarabağda daha bir hərbi hospital yaradır
03 Dekabr 2020 Nazir azad olunmuş rayonlara komendant təyin etdi
03 Dekabr 2020 Şəhidlərimiz sabah saat 12-də yad ediləcək
03 Dekabr 2020 Bakıda hərbi parada hazırlıq işləri görülür - VİDEO
03 Dekabr 2020 Nazirlikdən sevindirici Xankəndi açıqlaması
03 Dekabr 2020 Zakir Həsənov Rüstəm Muradovla görüşdü - Foto
02 Dekabr 2020 Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
02 Dekabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Sərxan Həsənovdan yazdı
02 Dekabr 2020 Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO
01 Dekabr 2020 Ali Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarını AÇIQLADI - TAM SİYAHI
01 Dekabr 2020 “İGİD OĞLU YALNIZ İGİD OLAR...”
01 Dekabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Vahid Qurbanovdan yazdı.
01 Dekabr 2020 Sahibə Qafarovadan Laçınla bağlı paylaşım - FOTO
01 Dekabr 2020 Prezidentin bugünkü möhtəşəm çıxışında kövrəldiyi an - Video
01 Dekabr 2020 Lavrov: “Rusiya ABŞ-ın istənilən administrasiyası ilə işləməyə hazırdır”
30 Noyabr 2020 Paşinyanın Rusiya səfəri ləğv edildi
30 Noyabr 2020 Distant təhsil müddəti bu tarixədək uzadıldı
30 Noyabr 2020 “Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm"-ŞİKAYƏT
30 Noyabr 2020 Ölkəmizdə baş həkim koronaya yoluxdu
30 Noyabr 2020 Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi
30 Noyabr 2020 Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurdular - VİDEO
30 Noyabr 2020 İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”
30 Noyabr 2020 Rusiyalı həkimdən dünyaya daha bir epidemiya XƏBƏRDARLIĞI
30 Noyabr 2020 Erməni siyasətçilər Paşinyana İlham Əliyevin sözləri ilə hücum edir
29 Noyabr 2020 Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29 Noyabr 2020 “ÖLÜ CAN” STATUSU
29 Noyabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Emin Mahmudovdan yazdı.
29 Noyabr 2020 “Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan
29 Noyabr 2020 “Azərbaycanın suverenliyini dəstəkləyirik” - Ukrayna XİN rəhbəri

Xəbər lenti