.

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov deyib.
O bildirib ki, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir. Nazir qeyd edib ki, “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır: “1,6 mlrd. kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 mln. kVt-saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi”.
P. Şahbazov onu da qeyd edib ki, Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə də işlər davam etdirilir.
04 Dekabr 2020 Prezidentlə xanımı Şəhidlər Xiyabanında - Video
25 Noyabr 2020 Ordumuz Kəlbəcərdə - Yeni görüntülər
23 Noyabr 2020 Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə getdilər - VİDEO
21 Noyabr 2020 Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - Fotolar
17 Noyabr 2020 Prezident İlham Əliyev: “Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik”
05 Noyabr 2020 “Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - Fotolar
02 Noyabr 2020 Prezident qəbul keçirdi - Foto
23 Oktyabr 2020 ERMƏNİ DAHA ÇOX ÖZÜNƏ DÜŞMƏNDİR
22 Oktyabr 2020 Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO
20 Oktyabr 2020 İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağının FAYDASI
19 Oktyabr 2020 Məşhur şəlalə Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
14 Oktyabr 2020 Avtobusların üzərində “Qarabağ Azərbaycandı! şüarı yazıldı - FOTO
04 Oktyabr 2020 Suqovuşanın tarixi əhəmiyyəti açıqlandı
30 Sentyabr 2020 Paşinyanın oğlu Qarabağda döyüşməkdən imtina etdi
29 Sentyabr 2020 Qan Bankı qarşısında izdiham
29 Sentyabr 2020 Ankara qülləsi bayrağımızın rənglərinə büründü
15 Sentyabr 2020 İctimai televiziyanın əməkdaşların övladları bu gün birinci sinifə getdilər
04 Sentyabr 2020 Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO
23 Avqust 2020 "Nəvə toyu"nda iştirak edən bu məşhurlar cərimələndi - Foto
16 Avqust 2020 Azərbaycanda olan türkiyəli hərbçilər üçün gəzintisi təşkil olunub — FOTO
24 İyul 2020 Türkiyə səfiri Azərbaycana dəstək aksiyasında - Foto
16 İyul 2020 Ermənilərin avtomobil texnikası darmadağın edildi - Video
13 İyul 2020 Bu gecə şəhid olan baş leytenant - Foto
12 İyul 2020 Meyvə xeyirlidir, amma… — Həkim MƏSLƏHƏTİ
07 İyun 2020 Nərimanov rayon Polis idarəsinin əməkdaşlarından təqdirəlayiq addım-VİDEO
07 İyun 2020 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTO
28 May 2020 İstanbul Azərbaycan bayrağı ilə bəzəndi - Fotolar
11 May 2020 Paşinyan babasının şəklini paylaşdı - Faşistlərə xidmət etdiyi üzə çıxdı + Video + Fotolar
22 Aprel 2020 Akif Çovdarovun azadlıqda olan FOTO-su yayıldı
07 Aprel 2020 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

Xəbər lenti