.

Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli əvəzinə Qarabağ müharibəsinin yenilənməsi Ermənistanın indiki rəhbərliyinin uğursuz siyasətinin nəticəsidir.
Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı erməni əsilli rusiyalı rejissor, “Mosfilm”in baş direktoru Karen Şahnazarov deyib.
“İrəvanın hazırda heç bir xarici dəstəyi yoxdur. Etiraf etmək lazımdır ki, Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi indi “Ermənistanı necə itirməmək lazımdır” barəsində düşünməlidir. Bu, kifayət qədər çətin situasiyadır və təəssüf ki, erməni rəhbərliyinin düşüncəsiz fəaliyyətinin nəticəsidir.
İstəsən də, istəməsən də Azərbaycanın ərazi bütövlüyünü tanımaq və erməni əhalinin bu regionda təhlükəsiz yaşayışına zəmanət verəcək imkanı axtarmaq lazımdır. Başqa yol yoxdur”, - deyə o bildirib.
Şahnazarov Ermənistan cəmiyyətinin yaşadıqları ölkənin guya İsrail olmasıyla bağlı illüziyalarla zəhərlənməməsi gərəkdiyini deyib.
O vurğulayıb ki, Rusiya ciddi əsas olmadan konfliktə müdaxilə etməyəcək:
“Rusiyanın indiki halda bu konfliktə müdaxiləsi üçün hüquqi əsası yoxdur. Bəli, Rusiya Ermənistanın maraqlarını təmin etməlidir, amma Rusiyanın bura qoşunlarını atması üçün hansı əsası var? Soyqırımı təhdidimi? Onu heç kim tanımayacaq. Azərbaycan prezidenti çox diqqətli çıxış edir və deyir ki, rəsmi Bakı azərbaycanlılarla ermənilərin birgə yaşayışına zəmanət verəcək.
Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Belə məsələlər güclə həll edilir. Əgər gücün varsa, Bakını tut, amma gücün yoxdursa, kompromis axtar. Güzəştə getmək lazımdır, anlamaq lazımdır ki, inadkarlıqla bu məsələni həll etmək olmaz”.
Rusiyalı rejissor Qərbdə Ermənistanı heç kimin müdafiə etməyəcəyini söyləyib. O, hazırda Türkiyənin Qərbə Ermənistandan çox lazım olduğunu bildirib. Şahnəzərov hazırda Ermənistana yardım edən yeganə ölkənin İran olduğunu deyib. Bununla belə, o, İranda yaşayan çoxsaylı azərbaycanlı faktorunun nəzərə alınacağı təqdirdə bu münasibətin də dəyişəcəyini vurğulayıb.
05 Dekabr 2020 Hadrut meşələrində gizlənən erməni əsgərləri - "Kömək istəyiblər..."
05 Dekabr 2020 Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi
05 Dekabr 2020 Parisdə polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib
04 Dekabr 2020 “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq” - Nazir
30 Noyabr 2020 İranda kimya zavodunda PARTLAYIŞ
29 Noyabr 2020 Fransa yenidən qarışdı: 37 polis yaralandı - Video
28 Noyabr 2020 Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
28 Noyabr 2020 “Bu, son deyil, biz geri dönəcəyik...”- Laçının Zabux kəndindəki silahlı erməni arvad...-VİDEO
27 Noyabr 2020 Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu - Video
25 Noyabr 2020 Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu ötdü
24 Noyabr 2020 BMT də Qarabağda minaların təmizlənməsi işinə qoşulacaq
22 Noyabr 2020 ABŞ-da atışma olub, 2 nəfər ölüb
22 Noyabr 2020 Makron ermənilərin ayağına getdi: “Hayastan”a dəstək...
21 Noyabr 2020 Yanacaqdaşıyan maşın yaşayış evinə çırpıldı - ANBAAN VİDEO
19 Noyabr 2020 Paşinyan hərbi vəziyyətin ləğvindən imtina etdi
18 Noyabr 2020 Əli eskalatorda qalan rusiyalı uşağı xilas etmək üçün hamı səfərbər oldu - VİDEO
16 Noyabr 2020 “Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil” - Paşinyan
13 Noyabr 2020 Magistral yolda 29 avtomobilin iştirakı ilə dəhşətli qəza güclü yanğına səbəb oldu - VİDEO
10 Noyabr 2020 Etirazçılar Paşinyanın kabinetinə girdi - Video
10 Noyabr 2020 Küçə iğtişaşlarından qorxuya düşən Paşinyan xalqına yalvarır: “Evinizə gedin”
07 Noyabr 2020 Məşhur bloqer uşaqlarının dayəsini zorakılıqda ittiham etdi - VİDEO
06 Noyabr 2020 Ermənilər Los-Ancelesdəki türk restoranına hücum ediblər - VİDEO
06 Noyabr 2020 İzmirdəki zəlzələdə dağılan binalarla bağlı 7 nəfər həbs olundu
05 Noyabr 2020 Пощечина министру: генерал Баласанян прилюдно унизил министра обороны Тонояна
04 Noyabr 2020 Türkiyənin 81 vilayətində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib
02 Noyabr 2020 Son dəqiqə! 3 yaşlı Elif İzmirdə 65 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
02 Noyabr 2020 Erməni vəhşiliyi: Rusiya vətəndaşı döyülərək öldürüldü - VİDEO
02 Noyabr 2020 Rusiya yeni HHM sistemini sınaqdan keçirdi - VİDEO
01 Noyabr 2020 İzmirdəki zəlzələdə ölənlərin sayı 55 nəfərə çatdı
01 Noyabr 2020 Türkiyədə COVID-19-dan 75 nəfər ölüb

Xəbər lenti