.


Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağla bağlı aqressiv siyasət yolu seçən, “Qarabağ Ermənistandır” deyib, “Yeni müharibə və yeni ərazilər” iddiasına düşən və cidd-cəhdlə Azərbaycanı müharibəyə çəkən, Tovuz təxribatından sonra daha da azğınlaşan Ermənistan hakimiyyəti cəbhədəki uğursuzluqlarının səbəbini axtarmağa, daha doğrusu, xalqa izah etməyə girişib.

Axar.az xəbər verir ki, ictimaiyyətin və medianın “biz müharibəyə hazır idikmi” sualına cavab verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının “uzun və çoxillik proses” olduğunu deyib.

O iddia edib ki, “nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. Əlbəttə, “son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövr nəzərdə tutulur və dolayısı ilə hazırkı məğlubiyyətin səbəbkarının Sərkisyan olduğu göstərilir.

“Etiraf edək ki, Ermənistanın qırıcı aviasiyası heç vaxt olmayıb. Pilotların belə yeni texnologiyaya yiyələnməsi, müasir silahdan istifadə edə bilməsi üçün zaman lazımdır. Bundan ötrü ən azı illər gərəkdir”, - deyə Ovannisyan Rusiyadan yeni alınan Su-30-larla bağlı danışarkən deyib.

Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini bildirən Ovannisyan deyib:

“Anlamaq lazımdır ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq. Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir”.

Ermənistan MN rəsmisi Azərbaycan PUA-larının Ermənistan ordusunu darmadağın etməsinə də diqqət çəkib və bildirib ki, aviasiya və HHM üçün daha əvvəldən düşünmək lazım idi.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunu darmadağın edən PUA-ları hazırda qarşısıalınmazdır:

“Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Göründüyü kimi, Ermənistan düşdüyü ağır durumu dolayısı ilə etiraf etməklə, hazırkı vəziyyətin günahının əvvəlki prezident Serj Sərkisyanda olduğu, ordunu onun məhv etdiyini dolayısı ilə təbliğ etməyə çalışır.

01 Dekabr 2020 Ali Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarını AÇIQLADI - TAM SİYAHI
01 Dekabr 2020 “İGİD OĞLU YALNIZ İGİD OLAR...”
01 Dekabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Vahid Qurbanovdan yazdı.
01 Dekabr 2020 Sahibə Qafarovadan Laçınla bağlı paylaşım - FOTO
01 Dekabr 2020 Prezidentin bugünkü möhtəşəm çıxışında kövrəldiyi an - Video
01 Dekabr 2020 Lavrov: “Rusiya ABŞ-ın istənilən administrasiyası ilə işləməyə hazırdır”
30 Noyabr 2020 Paşinyanın Rusiya səfəri ləğv edildi
30 Noyabr 2020 Distant təhsil müddəti bu tarixədək uzadıldı
30 Noyabr 2020 “Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm"-ŞİKAYƏT
30 Noyabr 2020 Ölkəmizdə baş həkim koronaya yoluxdu
30 Noyabr 2020 Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi
30 Noyabr 2020 Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurdular - VİDEO
30 Noyabr 2020 İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”
30 Noyabr 2020 Rusiyalı həkimdən dünyaya daha bir epidemiya XƏBƏRDARLIĞI
30 Noyabr 2020 Erməni siyasətçilər Paşinyana İlham Əliyevin sözləri ilə hücum edir
29 Noyabr 2020 Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29 Noyabr 2020 “ÖLÜ CAN” STATUSU
29 Noyabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Emin Mahmudovdan yazdı.
29 Noyabr 2020 “Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan
29 Noyabr 2020 “Azərbaycanın suverenliyini dəstəkləyirik” - Ukrayna XİN rəhbəri
28 Noyabr 2020 İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 İran Prezidentindən nüvə aliminin qətlə yetirilməsinə MÜNASİBƏT
28 Noyabr 2020 Lukaşenko Belarus xalqını müstəqillik uğrunda mübarizəyə çağırdı
27 Noyabr 2020 Bu müəllimlərin köməkçiləri olacaq - QANUNA DƏYİŞİKLİK
27 Noyabr 2020 İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama
27 Noyabr 2020 Azərbaycan daha 5 hərbçinin cəsədini Ermənistana qaytardı
27 Noyabr 2020 Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLAMA
27 Noyabr 2020 Ağır xəstələrin sayı artacaq - Baş infeksionist
26 Noyabr 2020 Təhsil Nazirliyindən tələbələrə XƏBƏRDARLIQ
26 Noyabr 2020 Rusiya öhdəliyini icra etmir: Türk ordusu girəcək... - Video

Xəbər lenti