.


2020-ci ilin sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra Şanlı Ordumuzun əks-hücum əməliyyatları-Azərbaycan xalqı və dövləti üçün Vətən müharibəsi başladı.Bu haqq savaşında 300-ə yaxın yaşayış məntəqəsi , o cümlədən Füzuli şəhəri ,Cəbrayıl şəhəri , Zəngilan şəhəri , Qubadlı şəhəri , Hadrud qəsəbəsi , Suqovuşan qəsəbəsi , digər qəsəbəblər və nəhayət Şuşa şəhəri ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edildi.Azərbaycan Ordusunun şücaəti , yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.






    Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə son qoyuldu.30 il ərzində Azərbaycan xalqı səbirlə,əzmlə ,durmadan çalışaraq ,öz dövlətini gücləndirərək tarixi anın yetişməsini , bu möhtəşəm xəbəri gözlədi.Heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı.Azərbaycan xalqının,Azərbaycan dövlətinin,Azərbaycan liderinin iradəsinə təsir göstərmədi.
    Xalqımız “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq,torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir,ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli,azərbaycanlılar əzəli yurduna qayıtmalıdırlar” – deyən Liderinin ,Ali Baş Komandanının ətrafında hər gün daha da möhkəmləndi . “Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi.Bu birlik bizi Qarabağa qaytardı.
     Azərbaycan Ordusu döyüş meydanında zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediyaya 30-a yaxın müsahibə vermiş,bir çox ölkələrin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırıldı ,ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdi.Xalqımızın lideri ətrafında bir yumruq kimi birləşməsi bütün cəbhələrdə düşmənə gücünü göstərdi və məğlubiyyətə uğratdı.
    Noyabr ayının 10-da Azərbaycanın Respublikasının Prezidenti , Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı.Bu bəyanat Azərbaycan dövlətinin şanlı Qələbəsi , Ermənistan üçün isə faktiki olaraq hərbi kapitulyasiya deməkdir.Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələr,Azərbaycan liderinin ,Ordumuzun,xalqımızın dəmir yumruğu Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi.




    Bu bəyanatın tarixi əhəmiyyəti olduqca böyükdür.İlk növbədə,bu bəyanat 30 ilə son qoyur.Bu sənəd hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam,Laçın,Kəlbəcər rayonlarını qan tökmədən geri qaytarılmağa imkan verir.Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir.
    Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunur və azərbaycanlılar öz doğma torpaqlarına,yurd-yuvalarına qayıdırlar.
    Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında , həm də siyasi müstəvidə qazandı.Əldə etdiyimiz bu tarixi zəfər , torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı ,onun gücünü , etibarını daha da möhkəmləndirdi.


Dünyanın harasında olmasından , harada yaşamasından asılı olmayaraq , hər bir azərbaycanlı öz dövləti , onun zəfəri ilə bağlı olaraq qürur duyur,azərbaycanlı olmaq ilə fəxr edir.Bu xoşbəxtliyi,bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı.Qətiyyətli Lider,müzəffər Ordu,yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.
    Qarabağ Azərbaycandır ! Yaşasın Azərbaycan !


Adıgözəl Mövlanov
ədliyyə müşaviri
Qusar rayon qeydiyyat
şöbəsinin rəisi


03 Dekabr 2020 Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
03 Dekabr 2020 Ərdoğan Bakıya gələcək
01 Dekabr 2020 Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizləndi
28 Noyabr 2020 Hamı Bakının bu təklifini qəbul etməlidir - Çavuşoğlu
25 Noyabr 2020 MN: Ordumuz Kəlbəcərə daxil oldu
24 Noyabr 2020 "Şuşa əməliyyatı tarixdə əbədi qalacaq” - Prezident
23 Noyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar-Video
23 Noyabr 2020 Rus hərbçilər Ağdamdan çıxdı- Mövqeləri Azərbaycan Ordusu tutdu...-VİDEO
21 Noyabr 2020 Prezidentin köməkçisi “Euronews”un Füzuli ilə bağlı reportajını paylaşdı - VİDEO
20 Noyabr 2020 “Qarabağ məsələsinin həlli bizim üçün vacibdir” - Rusiya prezidenti
20 Noyabr 2020 Prezident İlham Əliyev xalqa müraciət etdi - Video
19 Noyabr 2020 Prezident yanında Şuranın dəstəyi ilə bəzi qurumların informasiyanı açıqlamasının vəziyyəti təhlil edilib
18 Noyabr 2020 Ermənistan bununla fərqini bir daha göstərəcək - PA rəsmisi
18 Noyabr 2020 Şuşanın adı yazılmış yeni lövhə himn sədaları altında şəhərdə yerləşdirildi - VİDEO
17 Noyabr 2020 Rusiya prezidenti: “Beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub”
17 Noyabr 2020 30 illik Qarabağ həsrətinə son qoyuldu !
15 Noyabr 2020 Ceyhun Bayramov Lavrovla danışdı
14 Noyabr 2020 Putin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə Qarabağda razılaşmanın icrası məsələlərini müzakirə edib
13 Noyabr 2020 Ermənilərin evləri yandırmasının əsl səbəbi – Video
12 Noyabr 2020 İlham Əliyev 2 fərman imzaladı
11 Noyabr 2020 Rusiyanın sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü
11 Noyabr 2020 "Çavuşoğlu qısa müddətdə Azərbaycana 5 dəfə gəlib" - Ceyhun Bayramov
11 Noyabr 2020 "Şuşa şəhərinin adı “Şuşi” deyil” - Hikmət Hacıyevdən Fransaya CAVAB
10 Noyabr 2020 ETSN-dən xəbərdarlıq: Leysan olacaq, qar yağacaq
10 Noyabr 2020 Rusiyalı sülhməramlılar ilk 5 təyyarə ilə Qarabağa uçdu - Rəsmi açıqlama
10 Noyabr 2020 Prezident: "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi"
10 Noyabr 2020 Azərbaycan Prezidenti: "Hər kəs bizim gücümüzü gördü,hər kəs bizim dəmir yumruğumuz nədir, anladı"
10 Noyabr 2020 İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
09 Noyabr 2020 Çavuşoğlu Azərbaycanı təbrik edib
09 Noyabr 2020 Bu gün Dövlət Bayrağı Günüdür

Xəbər lenti