.

SEVİNDİK NƏSİBOĞLU
Əziz Əli Rza müəllim! Sizin “Kredo” qəzetinin ötən sayında dəyərli və ürəkdən birbaşa böyük qələbə qoxusu ilə kağıza hopdurulmuş sözlərinizlə yazdığınız “Zəfər tağı – səcdə yerimiz” adlı məqalənizi oxudum. Çox təsirləndim və münasibətimi bildirmək istədim. İnanın ki, mən bu mövzuya bir kitab yazaram. Bəlkə də, sonra yazacağam. Ancaq istəsəm də, mən bu mövzuya 1-2 vərəqlik məqalə yaza bilməzdim. İstər-istəməz ürəyimdən gələn söz bahar yağışının damlaları kimi tökülərdi, bu yağışı kəsə bilməzdim.
Mən Qarabağlı deyiləm, mən Ağcabədili deyiləm, mən Lənkəranlı deyiləm, mən Qubalı deyiləm, mən heç bir regionlu deyiləm. Mən Vətəni bütöv Azərbaycan olan oğuz türküyəm! Və fəxr edirəm ki, Azərbaycanlıyam! Azərəm, türkəm, talışam, tatam, kürdəm... hər bir azsaylı xalqın, etnosun övladıyam. Özünü azərbaycanlı sanan hər kəsin övladıyam, axır ki, türk elindənəm! Nəyə görə bununla fəxr edirəm? Çünki, türklər – dünyanın ən ədalətli, mətanətli , rəhimli, igid millətidirlər! Onlar zalım üçün Allahın qırmancı olublar, ədalətsizliyə qarşı mübarizə aparıblar. Onlar zalımın qorxduğu insanlar olublar. Zalım insanları kəmərlə boğan vaxt qapı açılsa və ora türk girsə,həmin zalım türkün nərildəməsini görməsin, eşitməsin deyə öz boğazını özü kəndirə keçirərdi. Türk qurd olur, qurd balası da qurd olur, onun basdığı hər torpaq nurla boyanmış bir yurd olur.
Türklər Afrikada işgəncələrdən özünə ölüm diləyən, səhrada yanıb külə dönən hər bir afrikalını nura boyadılar. Türklər - ən əsası neçə il Məkkənin olub, dünyanı Məkkənin ədalətinə, Məkkənin nuruna maqnit kimi çəkdilər. Onlar İslamın dayağına, müsəlmanların pənahına çevrildilər. Bəs onlar bunları ediblərsə, nə qazanıblar? Ay qazanıblar, ulduz qazanıblar, alqış qazanıblar. Bunlarla birgə əsas nə qazanıblar? – ZƏFƏR! Zəfəri qazana biliblər. Saya-saya bitirə bilmədiyim yurdumun xarakterindən, xüsusiyyətlərindən sonra heç mənfur, qaniçən, insan deməyə dilim gəlməyən erməni faşistlərinə keçid edə də bilmirəm. Çünki, erməni deyəndə bütün pisliklər yada düşür.
Bizim yolumuz doğruluq yoludur, düzlük yoludur. Nur yoludur, inam yoludur, işıq yoludur. Qan qırmızısına boyanıb İslam yaşılına axan yoldur. Bu yol gözəlliklərlə dolu, doğru bir yoldur. Doğruluğun maqniti bizi öz üzərinə çəkir, cəzb edir. Doğruluğun sehri qəlbimizi işıqlandırır, nurlandırır. Doğruluq bizə hər dəfə yaxşı şeylər gətirir. Ən əsası zəfər gətirir! Zəfər!
Bəs onların yolu? Onların yolu faşistlərin yoludur, onların yolu yezidlərin yoludur, onların yolu yezidlərin yoludur, onların yolu (üzr istəyirəm ifadəmə görə). Donuzların kirlətdiyi yoldan da kirli bir yoldur. Bu yol tez bir zamanda ləğv ediləcək, məhv olunacaq bir yoldur. Həmin kirli, paslı, xəbis, dünyanın ən pis yolu, heç amal və
məfkurənin yolu belə sayılmayacaq bir yerdə başa çatacaq, dayandırılacaq. Həmin yol meşələrlə, çöllərlə əvəz olunacaq. Düzlərlə, düzənliklərlə, ərənliklərlə, ənginliklərlə əvəz olunacaq. Həmin yol haraya baxacaq? Təbii ki, ZƏFƏRƏ! Zəfər yoluna baxacaq!
Həmin üfunətə çevrilmiş yer düşmən tapdağında olan qara bəxtli Qarabağ idi. İndi Qarabağ əvvəlki tozlu, dumanlı, yerlə-yeksan olunmuş, yağı tapdağında olduğundan bizdən uzaq düşmüş, lakin, hər an qəlblərimizdə məskən salmış “qanlı Qarabağ” olmayacaq. Qarabağda hər yer abad olacaq. Ağlayan gözlər güləcək, haray çəkən dillər nəğmələr söyləyəcək. Həmin gün yaxındadır və belə bir günə çatırıq. Axı, biz türkük – Tonyukukun türkü, Alp Ərtonqanın türkü, Tomrisin türkü, Ərtoğrulun türkü, Osmanın türkü, Orxanın türkü, Mehmetin türkü, Səlimin türkü, Mustafa Kamalın türkü, Ulu Heydərin türkü, Rəcəb Tayyib Ərdoğanın türkü, İlhamın türkü, Zəfərin türkü! Allahın türkü” Tanrının türkü! Tanrısının yar və köməkçisi olduğu türkü!
Əzizim, Əli Rza müəllim, indi qayıdaq Zəfər tağına, Zəfər tağlarının harada olacağı sualınıza. Zəfər tağları deyirəm. Çünki, zəfər tağı bir yerdə olmayacq. Çoxlu yerlərdə olacaq. Bu zəfər tağları çox yerdə var. Türkiyənin hər qarışında olduğu kimi bu zəfər tağları Qarabağda da hər qarış torpaqda olacaq. Çünki, düşmən tapdağından azad olunmuş və Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən, yaxın vaxtlarda tam azad olunacaq Qarabağımızın hər qarış torpağı bizim üçün əzizdir, doğmadır, müqəddəsdir və zəfər salnaməsidir.
Bir şərh vermək istərdim : 2010-cu illərdə artıq atasını-babasını belə tanımayan və tanımaq istəməyən ermənipərəst terrorçular sözdə İslam dinini yaymaq adı ilə Suriyada və İraqda öz iyrənc əməllərindən əl çəkmədilər. Onlar Suriyada hücuma keçirdilərsə, Hələbdə də hücuma keçirdilər. Orada ən çox bir yer atəşə məruz qalırdı. Bu müqəddəs yer Suriyanın Hələb şəhərində olan, ancaq Türkiyəyə aid anklav-ekslav yer olan, türklərin və bütün dünyanın ədalət yayanı və türklərin ən böyük ədalət imperiyasının qurucusunun ulu babası Ərtoğrul Qazinin atası Süleyman Şahın türbəsi idi. Həmin yer 1920-ci ilə qədər Osmanlı İmperiyasının tərkibinə daxil idi. Məkrli düşmənlər müqavilələrlə oranı Osmanlıdan, Türkiyədən ayırmaq istəyirdilər. Lakin, türklər bunu istəməzdi. İstəməzdi ki, Süleyman şahın, o Böyüyün, o Ulunun məzarı intizarda qalsın və nəvələrindən narazı qalsın. Ona görə də, müqavilələrdən birində tələb edilirdi ki, həmin yer Suriyada yerləşməyinə baxmayaraq Türkiyənin torpağı hesab edilsin. Bu təklif güc-bəla ilə qəbul edildi. Süleyman Şah Türbəsi Türkiyə torpağı hesab edilirdi. 2010-cu illərə qədər şad-xürrəm olan bu ulunun ulu ruhu, dərgahı yenə özünü bilməz, əsilsiz-nəsilsiz qəsbkarlar tərəfindən hücuma məruz qaldı. Neçə illər boyu davam edən bu vandal hücumlar artıq türklərin səbr kasasını daşdırırdı. Türkümün qəhrəman oğlu çox hörmətli Rəcəb Tayyib Ərdoğan demişkən qardaşı – İlham Əliyev kimi, bilirdi ki, nə zaman, harada nə edəcək. Ona görə də, əmr etdi və Süleyman Şahın “ruhu”nun azad olunması əməliyyatına başlandı. Süleyman Şah türbəsi partladılsa da, ulu şahın və alp-ərənlərinin nəşi xilas edildi, türbə başqa yerdə yenidən tikildi və orada yenidən Türk bayrağı dalğalandı! Salam Türkün bayrağına! Əli Rza müəllim! Məgər zəfər tağlarının şahı indiki dövrdə bu deyilmi?
Biz də belə zəfər tağları tikəcəyik. Hər yerdə tikəcəyik. Şuşa qalasında, Xankəndinin mərkəzində, Qubadlının, Zəngilanın, Xudafərinin, Kəlbəcərin, Laçının, Xocavəndin və digər yerlərin sinəsində, köksündə tikəcəyik zəfər tağlarımızı... Şuşa qalasında indi “asta qaçan namərddir” deyənlərin, “”İti qovan”la “iti qovan kimi”” qovduğumuz mənfur düşmənlərimizin bir vaxtlar lovğalanaraq yallı getdiyi, iyrənc ayaqları ilə murdarladığı, murdarladığı, murdarlardan təmizlədiyimiz o, müqəddəs yerlərdə tonqallar qalanacaq. Oğuz eli
salam verəcək, öpüşəcək, görüşəcək, “Hoydu igidlərim, hoydu” deyib düşmənləri hoydu-hoyduya qoyacaq, düşmənləri tonqalda çartlayan kimi çartladacaqlar və yallı gedəcəklər. O yallı heykələ dönəcək və Türk qardaşlığının zəfərinin tağına çevriləcək. Necə ki, “Dədə Qorqud” filmində sonda bu yurdun hər insanı, hər igidi dağlara, qayalara çevrilməklə heykəlləşmiş, tağlaşmış olacaq.
Yəqin ki, vəfat edib Allaha qovuşduğu yerdə ana babam Saleh Həsənovun (2 oktyabr 1992-ci ildə Xocavənd işğal olunanda vəfat etmişdir) cismi yenidən canlanacaq, çinar kimi başını yuxarı qaldırıb nəfəs alacaq, havasını udacaq və Allaha şükür deyəcək! Və o, bir daha ölməyəcək, onun da cismi heykələ çevriləcək və mənim zəfər tağlarımdan birinə çevriləcək.
Bizim zəfər tağlarımızdan bir neçəsi tikilib. Bu tağlar müzəffər ordumuz tərəfindən Zəngilanda, Xudafərində, Qubadlıda və işğaldan azad edilən hər qarış torpağımızda əsgərlərimiz tərəfindən qaldırılan üç rəngli bayrağımın dalğalandığı hər yerdə tikilib və tikiləcəkdir. O qaldırılan bayrağın yanındakı hər qaya, hər daş, ağac, kol-kos özü də zəfər tağıdır. Bizim zəfərimizin tağı – tağları!
Erməni yalanlarına uyaraq 30 il ərzində Azərbaycan həqiqətlərinə göz yumanlara göz dağı olar zəfər tağımız. Onun bünövrəsi üstündə Azərbaycana can deyən türk qardaşlarımıza sevgimizi daşların dili ilə çatdırarıq. Qoy gələcək nəsillər əsl həqiqəti yaxşı bilsinlər.
Daşlar üzərində oyma üsulu ilə bir söz yazacağıq: “SALAM TÜRKÜN BAYRAĞINA!” Bu da yenə bizim zəfərimizin tağlarından biri olacaq! Bəli, Əli Rza müəllim! Zəfər tağları çox olacaq! Qarabağ işğaldan azad edildikdən sonra! Qarabağ Azərbaycandır!!! Qarabağ Türkün Vətənidir!!!
Sözümü Arslanbek Sultanbekovun “Türklər gəlir!” mahnısının sözləri və həmin şeirə yazdığım bənzətmə ilə bitirirəm. Bənd:
Ədalətin qılıncı, igidlərin yurduyuq,
Zalımların Yavuzu, cəsarətin Qurduyuq,
Şəfəq danı sökür və gecələr günə dönür,
İştə Türklər gəlir və qarı düşmənlər ölür!
Ağ saqqallı qocalar çağırdı çox alpları,
Ən kutlu dualarla taxdıq türk papaqalrı,
At üstündə alplarım qızıl alma izində,
Üç qitə yetmiş ölkə DİRİLİŞİN peşində!
Yuxarıdakı şeir parçasına bənzətməm:
Kıbrısıq, hunuq, qazax, qırğız, türkmən, urduyuq,
İti qovan kimi bir düşmən qovan orduyuq,
Yallı gedən düşmənin qaladığı od sönür,
İştə Türklər gəlir və qarı düşmənlər ölür!
Göyün türkü çağırır türk eldə Alpərəni,
İti qovan kimi biz qovuruq düşmənləri,
At üstündə əsgərim Qarabağın izində,
Şahlanışın izində, quruluşun izində!
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa-yaşa Qarabağlı, ey Şanlı Azərbaycan!
Bütün yazım boyu rəğbətlə andığım, sevgi ilə tərənnüm etdiyim türk ruhu bu gün yeganə dayağımızdır. Müsəlmanam deyə məkrli siyasət yeridənlərin iç üzünü gördük. Ona görə də, “Türklər gəlir” şeirini Nuru Paşadan üzü bəri xalqımızın yaddaşına yazılmış bir nəğmə kimi qəlbimizdə həmişə oxumalıyıq. Təkcə bu gün üçün yox, həm də gələcək üçün.
Əzizim, Əli Rza müəllim, mən bu qeydləri, əlbəttə, “Zəfər tağı – səcdə yerimiz” adlı yazınıza təkcə cavab kimi yox, həm də sizinlə həmrəylik hisslərimi ifadə etmək üçün yazdım.
Yazınızda da sosial şəbəkədəki qeydlərinizdə də (mən sosial şəbəkədə sizi ardıcıl izləyirəm) belə bir fikir aydın keçir. Belə bir təqdirə də sosial şəbəkədə rast gəldim. Dostlarınızdan biri – (Amalxan Muradlı) sizə həmrəylik üçün yazmışdı ki, biz Vətən müharibəsi aparırıq, dini müharibə yox. Yəni, qələbəmizin şərəfinə məscid, minarə yox, zəfər tağı ucaltmalıyıq. Əlbəttə, hər kəsin dini hisslərinə hörmətimiz öz yerindədir.
Bir daha deyirəm, Vətən Müharibəsinin yaddaş tağı, zəfər tağı olacaq.
P.S. Hörmətli Əli Rza müəllim! Mənim ürəyimdən keçir ki, Xankəndinin mərkəzindən baxdıqda Şuşanın ən uca görünən yerində Ulu Öndərimizin yadigarı, Ali Baş Komandan, Türk dünyasının qəhrəmanı, hörmətli prezidentimiz, cənab İlham Əliyevin heykəli ucaldılmalıdır, heykəl ya qızıldan olmalı, ya da qızılı rəngə boyanmalıdır ki, aşağıdan baxanların Günəşə baxan kimi gözləri qamaşsın. Düşünürəm ki, bu, bəlkə də, zəfər tağlarımızdan ən yaxşılarından biri olardı.
 
04 Dekabr 2020 Komendant saatının ləğvi ilə bağlı AÇIQLAMA
04 Dekabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Osman Manafovdan yazdı.
04 Dekabr 2020 Azərbaycan Fransaya nota verdi - Səfir XİN-ə çağırıldı
04 Dekabr 2020 Restoranlarda toy keçirildi, polis araşdırmalara başladı
04 Dekabr 2020 Erməni nazirin açıqlamasına - XİN-dən cavab
04 Dekabr 2020 Rasim Musabəyov da sələflərinin xidmətinə sadiqliyini nümayiş etdirir
03 Dekabr 2020 Deputatdan qalmaqallı açıqlama: “Türk ordusu Qarabağa gəlməməlidir” - VİDEO
03 Dekabr 2020 Rusiya Qarabağda daha bir hərbi hospital yaradır
03 Dekabr 2020 Nazir azad olunmuş rayonlara komendant təyin etdi
03 Dekabr 2020 Şəhidlərimiz sabah saat 12-də yad ediləcək
03 Dekabr 2020 Bakıda hərbi parada hazırlıq işləri görülür - VİDEO
03 Dekabr 2020 Nazirlikdən sevindirici Xankəndi açıqlaması
03 Dekabr 2020 Zakir Həsənov Rüstəm Muradovla görüşdü - Foto
02 Dekabr 2020 Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
02 Dekabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Sərxan Həsənovdan yazdı
02 Dekabr 2020 Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO
01 Dekabr 2020 Ali Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarını AÇIQLADI - TAM SİYAHI
01 Dekabr 2020 “İGİD OĞLU YALNIZ İGİD OLAR...”
01 Dekabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Vahid Qurbanovdan yazdı.
01 Dekabr 2020 Sahibə Qafarovadan Laçınla bağlı paylaşım - FOTO
01 Dekabr 2020 Prezidentin bugünkü möhtəşəm çıxışında kövrəldiyi an - Video
01 Dekabr 2020 Lavrov: “Rusiya ABŞ-ın istənilən administrasiyası ilə işləməyə hazırdır”
30 Noyabr 2020 Paşinyanın Rusiya səfəri ləğv edildi
30 Noyabr 2020 Distant təhsil müddəti bu tarixədək uzadıldı
30 Noyabr 2020 “Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm"-ŞİKAYƏT
30 Noyabr 2020 Ölkəmizdə baş həkim koronaya yoluxdu
30 Noyabr 2020 Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi
30 Noyabr 2020 Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurdular - VİDEO
30 Noyabr 2020 İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”
30 Noyabr 2020 Rusiyalı həkimdən dünyaya daha bir epidemiya XƏBƏRDARLIĞI

Xəbər lenti