.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində, nazir müavini Samir Vəliyev Qobustanda, nazir müavini Elnur Soltanov isə Cəlilabadda vətəndaşları qəbul edib.

Ardını oxu...

.

Yanvarın 14-də Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Manlio Di Stefanonun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Ardını oxu...

.

2019-cu ilin dekabr ayı üzrə respublikada gündəlik neft hasilatı 771 min barrel olub. Bunun 680 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib.

Ardını oxu...

.

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələri Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Mohammad Abunayyan və “Masdar” şirkətinin İcraçı direktoru Mohammed Jameel Al Ramahi imzalayıb.

Ardını oxu...

.


Fevral ayında çatdırılma üçün bir barrel neftin qiyməti Nyu York birjasında 3,6% və ya 2,20 dollar artaraq 63,38 dollara yüksəlib.

Ardını oxu...

.

Dekabrın 26-na manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 26.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il dekabrın 25-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 70,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 66,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.
.

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr  2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Ardını oxu...

.

Energetika naziri Pərviz Şahbazov bu gün Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Ardını oxu...

.

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında   proporsional qaydada aparılıb.

Ardını oxu...

Xəbər lenti