.

Çində 60 milyon insan karantinaya alınıb.
Xarici mətbuat xəbərlərinən görə, koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinin Çin ordusu tərəfindən mühasirəyə alındığı və şəhəri tərk edənlərin vurulduğu iddia edilir. Həmçinin Pekin administrasiyasının Uhan şəhərini məhv etməyi düşündüyü də iddialar arasındadır.
Çinin yaydığı rəsmi açıqlamaya görə virus səbəbindən ölənlərin sayı 106-ya, epidemiyaya yoluxanların sayı isə 4500-ə çatıb. Ölənlərin əksəriyyətinin Huanan Məhsulları Bazarında çalışa və ya ticarətlə məşğul olan şəxslər olduğu deyilir. 
Digər bir tərəfdən 11 milyon insanın yaşadığı Uhanda olan bir nəfərin səsyazısı ortaya çıxıb. Səsyazısına görə, şəhərdə ölənlərin sayı 2744 nəfərdir. Bölgədə ard-arda kütləvi məzarların qazıldığı, şəhərlərarası yolların beton bloklarla bağlandığı bildirilir. Meşələrin PUA-larla izləndiyi də iddialar arasındadır. (qaynarinfo)
.

Yanvarın 18-də Ukraynanın Vinnitsa bölgəsinin Nemirovski rayonundakı "Xutor" sənaye müəssisəsində qeydə alınan toyuq ölümü bütün Avropa və MDB ölkələrini narahat etdi.
Laboratoriya müayinələrinin köməyi ilə xəstəliyə son 3 ildə eşidilməyən quş qripi (tip A, tip H5) diaqnozu qoyuldu. Xutordan əlavə, Kolosok JLLC və Nemirov-Podolia MMC şirkətlərinin təsərrüfatları da karantinə alındı. Nemirovski rayonunda 3 km radiusda 9 yaşayış məntəqəsində mühafizə zonası, və eyni bölgənin 23 yaşayış məntəqəsində nəzarət zonası yaradıldı.
Vinnitsa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin məlumatına görə, epizootik ərazidə 116 min quş var. Yanvarın 21-ə olan məlumata görə, 22 min quş məhv edilib və sonrakı günlərdə bu rəqəm 108 minə-ə çatıb.
Qeyd olunur ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə, Ukraynadakı müəssisə və ev təsərrüfatlarında təxminən 220 milyon quş saxlanılır.
Heyvanların Sağlamlığının Qorunması Ümumdünya Təşkilatının hesabatına görə, Ukraynada quş qripinin işartıları zamanı 4 min 856 toyuq tələf olub. Avropa Birliyi Ukraynadan quş əti, quş əti məhsulları və termal işlənməmiş quş məhsulları idxalını dayandıracağını bildirib. Qeyd edək ki, yumurta və yumurta məhsullarına isə məhdudiyyətlər qoyulmayıb.
Vacib məqamı nəzərinizə çatdıraq ki, dünyada quş qripinin başlaması ilə yanaşı, ilk dəfə Çində aşkar olunan naməlum koronavirus qurbanlarının sayı artır və bu cür təhlükələrdən qorunmağın yolları məsələsi aktuallaşır.
Əsas problem odur ki, hazırda Ukrayna tədarükçüləri çox sayda toyuq əti toplayıblar ki, bu da digər ölkələr üçün təhlükəli ola bilər. Vicdanlı şirkətlər heç kimə zərər verməmək üçün mallarını məhv edirlər, lakin bununla yanaşı fırıldaqçıları, vicdansız iş adamlarını unutmaq olmaz. Onlar zərərləri azaltmaq və qripə yoluxmuş quş və quş əti məhsullarını digər ölkələrə ucuz sataraq, bundan qazanc əldə etməyə hazırdırlar. "Qurban ölkələr" arasında Azərbaycan da ola bilər.
Bəzi mağazalarımızın rəflərində tez-tez cəlbedici qiymətə toyuq və toyuq əti görə bilərsiniz. Adətən insanlar belə ucuz məhsulların üzərində müvafiq təhlükəsizlik sertifikatlarının olub-olmamasına baxmırlar.
Buna görə də, quş əti alarkən riskləri azaltmaq üçün sadə qaydaları bilmək çox əhəmiyyətlidir:
- Quş ətini yalnız rəsmi bazarlardan, supermarketlərdən almaq lazımdır. Ticarət üçün nəzərdə tutulmamış və pərakəndə satış yerlərindən almaq olmaz.
- Normal toyuq əti solğun sarı rəngli piyə və açıq çəhrayı rəngə malik olur.
-  İlkin termik emalsız quş ətindən istifadə etməyin. Virus yalnız 70+ dərəcədə məhv olur.
- Yalnız sizə yaxşı tanış olan və etibar etdiyiniz şirkətlərin məhsullarını alın. 
- İstifadədən əvvəl yumurtaları qaynayan suda mümkün qədər çox saxlamaq lazımdır. Qaynar suya qoymazdan əvvəl isə yumurtaları sabunla yuyun. 
- Çiy yumurtalar əsasında xəmirin hazırlamasından çəkinin.
ölkə.az

.


ABŞ-ın Alabama ştatında qayıqların saxlandığı ərazidə güclü yanğın baş verib.

Ardını oxu...

.



Braziliyada güclü leysan yağışları səbəbindən azı 30 nəfər dünyasını dəyişib.

Ardını oxu...

.

Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib.

Ardını oxu...

.


Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...

.

Çində yeni növ koronavirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, bu virusdan artıq 26 nəfər həyatını itirib.

Ardını oxu...

.


Rusiyada məktəbli qız dünya gündəminə düşüb.

Ardını oxu...

.

Koronavirusun ilk dəfə yayıldığı Çinin Uxan şəhərinə giriş və çıxış məhdudlaşdırılıb.

Ardını oxu...

.

Avstraliyada Amerikaya məxsus “C-130” tipli hərbi- nəqliyyat təyyarəsi meşə yanğınlarını söndürərkən qəzaya düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
Qəza nəticəsində göyərtədə olan hər üç nəfər ölüb.
Hadisə Yeni Cənubi Uels əyalətində baş verib. “C-130”un dağıntıları ştatın cənubundakı Kuma şəhəri yaxınlığında aşkarlanıb. Hadisənin baş verə səbəbi hələlik məlum deyil.
Bildirilir ki, əvvəlcə yanğın təyyarəsi ilə əlaqə itib, bundan sonra axtarış-xilasetmə əməliyyatı başlayıb.
Xatırladaq ki, Avstraliya keçən ilin sentyabrından bəri flora və faunaya çox böyük ziyan vuran meşə yanğınlarının görünməmiş bir dalğasına məruz qalıb. Hələ də söndürülməyən təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb.
Sidney Universitetin təxmini hesablamasına görə, yanğınlarda milyarddan çox heyvan ölüb.

Xəbər lenti