.

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.
Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində Patrik Hoban cavab qoluna imza atıb.
Çempionumuz səfərdən qollu və sərfəli nəticə ilə dönür.
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1
Qollar: Hoban, 78 - Mahir Emreli, 5
00:29
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.
 Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.
Oyunda hesab bərabərləşib.
Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində Patrik Hoban cavab qoluna imza atıb.
Hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1
Qollar: Hoban, 78 - Mahir Emreli, 5
24 iyul, 22:52
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.
 Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.
Komandamız oyunda erkən qolla hesabı açıb.
Hücumçu Mahir Emreli 5-ci dəqiqədə fərqlənib.
“Qarabağ” 1:0 hesabı ilə öndədir.
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Mahir Emreli, 5
22:47
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.
 Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.
Artıq görüşdə start fiti səslənib.
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:0
22:04
“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxacaq.
 Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüş üçün komandalar start heyətlərini açıqlayıblar.
Rəqiblər oyuna aşağıdakı heyətlərlə başlayacaqlar.
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Dundalk”: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hoare, 5. Kris Şildz, 7. Maykl Daffi, 9. Patrik Hoban (kap.), 10. Ceymi MakQret, 11. Patik MakEleni, 14. Deyn Massey, 18. Robbi Benson, 44. Endi Boyl
Ehtiyat oyunçular: 20. Aaron MakKeri, 8. Con Mauntni, 12. Georgi Kelli, 16. Şon Marri, 21. Daniel Kleari, 27. Daniel Kerri, 33. Din Cervis 
Baş məşqçi: Vinni Pert
Qarabağ: 13. Vaqner, 2. Qara Qarayev, 3. Aylton, 4. Rahil Mammadov, 5. Maksim Medvedev, 6. Simeon Slavchev, 9. Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov 
09:32
Bu gün UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Oyun saat 22:45-də “Oriel Park”da baş tutacaq.
Matçın baş hakimi Bartoş Frankovski, onun köməkçiləri Marçin Boniek, Yakub Vinkler, dördüncü hakim isə Daniel Stefanskidir. Hakimlər briqadası Polşadandır.
İrlandiyada “Dundalk”la qarşılaşacaq təmsilçimizin oyunu “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.
Cavab matçı iyulun 31-i saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.
Xatırladaq ki, Ağdam təmsilçisi ilk mərhələdə Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0.
.

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Yay Festivalı çərçivəsində həndbol yarışlarında II turun oyunları keçirilib.
Asiya.info xəbər verir ki, APA-nın məlumatına görə, A qrupunda çıxış edən oğlanlardan ibarət Azərbaycan yığması Danimarka ilə qüvvəsini sınayıb.
İlk matçda Almaniyaya 9:45 hesabı ilə uduzan komandamız yenə böyük hesabla məğlub olub. Danimarkalılar 32:8 (14:5) hesabı ilə qalib gəliblər.
Qrupun digər oyununda Almaniya ilə Serbiya üz-üzə gəlib. Bundestim rəqibini 31:17 hesabı ilə məğlub edib.
Sabah təşkil olunacaq sonuncu turda yarımfinala vəsiqəni təmin edən Danimarka və Almaniya bir-biri ilə oynayacaq. Mükafat qazanmaq şansını itirən Azərbaycan isə Serbiya ilə matçda ilk xalını qazanmağa çalışacaq.
Qeyd edək ki, yığma qrup mərhələsindən sonra 5-8-ci yerlər uğrunda oynayacaq.
.

Ötən mövsüm Azərbaycan I divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.
Asiya.info qol.az-a istinadən xəbər verir ki, klubun bu gün keçirilən iclasında belə qərar qəbul edilib. Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib. 
Qeyd edək ki, "Şüvəlan" 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm I divizionu 7-ci pillədə tamamlamışdı. 
.

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında pəhləvanlarımız mübarizəyə qələbə ilə başlayıblar.
"Qafqazinfo" xəbər verir ki, A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.
Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.
.

Bu gün Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.
Avropa Olimpiya Komitələrinin (EOC) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirdiyi festival iyulun 27-dək davam edəcək. EYOF-da Azərbaycan da daxil olmaqla EOC üzv olan 50 ölkədən 48-nin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etməkdən ötrü müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.
Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər kəndində məskunlaşacaq qonaqların ümumi sayı 3900 nəfər olacaq.
Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start veriləcək. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edəcək. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayacaq. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirəcəklər.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Kristal Zalında reallaşacaq təntənəli açılış mərasimi saat 20:00-a təyin olunub. Tədbirə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə bilet sahibləri və akkreditasiyaya malik şəxslər üçün xüsusi nəqliyyat vasitəsi ayrılıb. Saat 17:00 – 01:00 aralığında “28 may” və “Elmlər Akademiyası” metro stansiyalarından Bakı Kristal Zalına və geriyə pulsuz avtobuslar xidmət göstərəcəklər.
Tennis
Fərdi yarış
09:00 – 17:00. Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov, Tamerlan Əzizov
Bakı Tennis Akademiyası
Güləş
Sərbəst güləş
10:30 – 13:30. Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq)
Yunan-Roma güləşi
10:30 – 13:30. Fərid Sadıxlı (45 kq), Nihat Məmmədli (55 kq)
16:00 – 17:30. Medal görüşləri
Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Açılış mərasimi
20:00. Bakı Kristal Zalı
//Report.az
.
Braziliya millisinin və “İnternasional”ın yarımmüdafiəçisi Rodriqo Durado Moskvanın CSKA klubunun maraq dairəsindədir.
“Sovetski sport” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçiyə “Qalatasaray” klubu da “elçi” düşüb.
Braziliyalının “İnternasional”la müqaviləsi dekabrda bitir, onun transfer qiyməti isə təqribən altı milyondur.
2016-cı ildə Durado Braziliya millisinin tərkibində Olimpiya çempionu olub.(oxu.az)
.

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır.
Asiya.info xəbər verir kiAzvision.az -ın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan yığmasının son 5 üzvü mübarizəyə qoşulub. 
Mahal Novruzov (74 kq) debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov (86 kq) isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub. 
Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də yenən Aleksandr finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Hindistandan olan rəqibinə də qalib gələn yığma üzvü qızıl medala sahib olub. 
Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov (92 kq) da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb. Ancaq ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub. Zubairovun təsəllisi bürünc medal olub. 
Aslanbek Alborov isə Hindistan və Qırğızıstan güləşçilərini yolundan kənarlaşdırmaqla yarımfinala adlayıb. Lakin finalın bir addımlığında İran güləşçisinə müqavimət göstərə bilməyib. 
Qeyd edək ki, daha öncə Murtuzəli Müslimov (70 kq) qızıl, Georgi Edişeraşvili (57 kq) bürünc medal qazanıb. 
.


Qarışıq idman növləri üzrə (MMA) rusiyalı idmançı Maksim Novosölov sparrinq-partnyoru Andrey Knyazevi məşq zamanı balta ilə yaralayıb.

Ardını oxu...

.

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanan idmançılarımız pul mükafatı alacaqlar.

Ardını oxu...

.


Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

Ardını oxu...

Xəbər lenti