.


Lerikdə yerləşən "Relax" istirahət mərkəzində xaricdən ölkəmizə gətirilib karantin müddətini başa vuran vətəndaşlarımizin bir qismi evə buraxılıb.

Ardını oxu...

.


İTV koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb.

Ardını oxu...

.

Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 199 ölkəsində 723 279 nəfər koronavirusa yoluxub. Azərbaycanda isə 190 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. 

Ardını oxu...

.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ilə bağlı xalqına müraciət edib.

Ardını oxu...

.

“Xəzər xəbər”in əməkdaşları
 Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.

Ardını oxu...

.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.

Ardını oxu...

.


Ümummilli liderimiz Heydər Əliyevin qadın hüquqları ilə bağlı həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə  qadın əməyinə yüksək qiymət verilir. Naxçıvanlı qadınlar da ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda fəal iştirak edir, səmərəli fəaliyyətləri ilə seçilirlər.

***

Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman  yüksək qiymətləndirilir.


***

Heydər Əliyev adına Hərbi Liseylə yanaşı Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və hərbi hissələrin xəstəxanalarında xidmət edən qadınlarımız zabit, gizir və əsgərlərin sağlamlıqlarının qorunması üçün əllərindən gələni əsirgəmirlər.

***


Bu gün birləşmə və hissələrdə Vətənimizi qoruyan əsgələrə dadlı, yüksək kalorili yeməkləri qadın hərbi qulluqçular  hazırlayır.

***

Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Naxçıvan Qarnizonu qoşunlarında keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Kurslarda müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.

***


Göründüyü kimi qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi və mülki qulluqçu qadınlarımız da öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər.

.
"Şınıx Təranələri", "Habil İnciləri" və bir neçə musiqilərin müəllifi kimi tanınan məşhur qarmon ifaçısı Habil Şınıxlı oxumağı ilə də sevənlərini heyran edib. Belə ki toy məclislərindən birində sənətçinin "Baş Sarıtel"i ifa etməsi sosial şəbəkə izləyiciləri tərəfindən də xoş qarşılanıb. 

Ardını oxu...

.

İtaliyada keçirilən güləş üzrə Avropa çempionatı yığma komandamız üçün uğurlu oldu.

Ardını oxu...

.

"Erməni xalqı öz müqəddəratını təyin etdi. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün dünyada başqa yer tapsınlar, Azərbaycanda yox".

Ardını oxu...

Xəbər lenti