.

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Ardını oxu...

.

Azərbaycana yaz fəsli daxil olub.

Ardını oxu...

.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmaələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdır. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü,onların150-sinin taleyi indidə məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.Hücuma həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu,Xevgeni Nabokixinin komandası altında 3-cü batalyonunun, 1 saylı batalyonun qərargah rəisi Çitçiyev Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Xocalı soyqırımı epizodları insanı dəhşətə gətirir.Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi « bu yerlər böyük ermənistanın bir hissəsidir »sözlərini dilinə gətirmədiyinə görə diri - diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar.

________________________________________________________________________



Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredicihərəkətlər həyata keçirmişdilər.Onların başının dərisini soymuş, başlarını və bədənlərinın digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış,hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5.45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir.Bütün bunlar Ermənistanın Cenevrə Konveksiyasının protokollarını pozaraq,müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaş olan jurnalisti və publisistləri dəhşətə gətirmişdir. Bu gün də Dağlıq Qarabağdan didərgin salınmış 1 milyona yaxın qaçqınımız Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışdır.


     Qaçqın və məcburi köçkünlər dövlətin himayəsi altında yaşayır,onların bütün ehtiyacları təmin edilir və onların yaşaması üçün hər cür şərait yaradılıb.Lakin buna baxmayaraq, onlar öz yurd-yuvalarının həsrəti ilə yaşayır və torpaqlarına yenidən qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər. Xocalıda dinc əhaliyə qarşı tutulduğu divan hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər cəzasızdırlar. Ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı «Xocalı soyqırımı günü» elan etmişdir. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Adıgözəl Mövlanov
Qusar rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri

.

“Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər”.
 
Asiya.ws xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun TBMM-dəki millət vəkili Şamil Ayrım publika.az-a açıqlamasında deyib.
 
Ətraflı videomaterialda: 
.

Növbədənkənar seçkilə bağlı keçirilən kampaniyanın ən qalmaqallı və nəticələri maraqla izlənilən dairələrindən biri də 79 saylı İmişli Seçki Dairəsi idi. Çoxları bu dairədən Razi Nurullayevin mandat alacağını gözləsə də, MSK-nın açıqladığı nəticələr tam fərqli oldu.

Qeyd edək ki, seçkinin təbliğat-təşviqat mərhələsində bu dairədən olan namizədlər arasında ciddi qarşıdurma yaranmışdı. Əksər namizədlər mediada və sosial şəbəkədə mandat alacağı barədə informasiya yayılan Razi Nurullayevə qarşı idi. Onun seçicilərlə görüşündən yayılan videolarda da, yerli sakinlərin R.Nurullayevə qarşı təpkili olduğu aydın görünürdü. Hətta seçkidən bir gün əvvəl rayondakı gərginliyi nəzərə alaraq, Daxili İşlər Nazirliyi Çevik Polis Alayının hissələri bölgəyə göndərilmişdi.

Görünür, əhalinin təpkisi və yaranan gərginlik öz nəticəsini verib. Belə ki, hətta “exit-poll”-un nəticələrinə görə, Razi Nurullayev qalib elan olunsa da, MSK bu dairədən Murad Fərzəliyevin 23.7 faizlə irəlidə olduğunu bəyan etdi. Artıq 43 məntəqədən 35-nin nəticələri məlumdur və M.Fərzəliyevin qalib elan olunacağı az şübhə doğurur.

Bəs R.Nurullayevin mandatını son anda əlindən alan M.Fərzəliyev kimdir? Bu şəxsin adı YAP-ın namizədlər siyahısında yoxdur. YAP-ın bu dairədən olan namizədi Nazim Əzimov Kürdəmir Regional Mədəniyyət İdarəsində baş məsləhətçidir. M.Fərzəliyev isə Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktorudur. O, 1963-cü ildə İmişli rayonunda anadan olub.

M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.

Göründüyü kimi, bu şəxsi seçkidən əvvəl sözügedən dairənin əsas favoriti saymaq olmazdı. Ancaq hadisələrin gedişi vəziyyəti necə dəyişdisə, mandat R.Nurullayevə deyil, ona nəsib oldu.

.

Salyan rayonunda bəy və gəlin səs verib.

Ardını oxu...

.


Ermənistanın Azərbaycan torpaqlarının işğalını cidd-cəhdlə rəsmiləşdirməyə çalışdığı, bunun üçün bütün vasitələrə əl atdığı məlumdur. Yaxın və orta tarixin saxtalaşdırılması, bütün dünyanın bildiyi ən sadə həqiqətlərin belə, baş-ayaq təqdim olunmas, o sırada ermənilərin Rusiya çarı İ Pyotr dövründə Qafqaza gəlmə xalq olduqları halda özlərini aborigen toplum kimi gözə soxmaları da bəllidir.

Ardını oxu...

.

62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Əziz Ələkbərov YAP Saatlı rayon fəalları ilə görüş keçirib.

Ardını oxu...

.

İbrahim Məsimoğlu,müharibə veteranı
ehtiyatda olan polkovnik-leytenan
__________________________________

 Ermənistan bu gün bir ələbaxan dövlət olaraq çaşqın bir sima arxasında gizlənir. Konkret və sabit fəaliyyət istiqamətini müəyyən edə bilməyən Baş nazir Nikol Paşinyan yalnız gözləmə mövqeyindədir, nə edəcəyini bilmir, beynəlxalq görüşlərdə bəzən Rusiyadan, bəzən də Avropa tərəfindən aldığı məxfi göstərişləri uca tribunalardan karıxa-karıxa söyləyir. Siyasi natarazlıq həddini aşır.

        2019-cu ildə cəbhə xəttində xeyli qurban verilsə də, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibədən yayınmaq mümkün oldu. Beləliklə sərsəm dığa rəhbərliyi bir il də qazandı. Bu, onlar üçün yetərli sayılır. Əldə oyuncaq kimi oynadılan erməni liderləri Qarabağ savaşının uzanması nəticəsində qeyri-rəsmi müstəqillik tarixini haçansa daşnakların gizli iclaslarında öyünərək gözə soxacaq və bağıracaqlar ki, baxın biz Dağlıq Qarabağı xeyli müstəqil yaşatdıq. Bu ikrah doğuran öyüngənlik şovinist xəstəliyinin murdar bir törəmə virusudur.

        Ermənistan idarəetmə sisteminin ölü bir sistem olması barədə açıqlama verən “Politik.am” nəşri yazır ki, hər hansı ölkə başçısının səhv əmri nəticəsində qlobal təhdidlər yarandıqda müxtəlif hakimiyyət qolları arasında təmkinləşdirici mexanizmlər fəaliyyət göstərməyə başlayır, Ermənistanda isə bunlar sadəcə mövcud deyil:

“Əgər sabah, kabus və qeyri-mümkün bir ssenari kimi Nikol Paşinyan qonşusunu raketlə vurmaq qərarına gələrsə, kim onu saxlayacaq, hansı məhdudlaşdırıcı mexanizmlər işləyəcək, qanunverici orqan Paşinyanın cibindədir, icra orqanı da onun cibindədir, məhkəmə hakimiyyətindən Paşinyanın cibində olmayan yalnız Konstitusiya Məhkəməsi qalıb. İctimai təzyiq və vətəndaş cəmiyyəti haqqında danışmaq isə sadəcə artıq söhbətdir... Bizim ölkə ilə bağlı təsəlliverici məqam odur ki, baş nazir qeyri-müharibə şəraitində birbaşa orduya əmr verə bilməz və ən başlıcası təcrübəli ordu generalları keçmiş qəzet baş redaktoru Paşinyanı dayandıra biləcəklər.” Bu mühakimənin izaha ehtiyacı varmı?!

       Mənim fikrimcə, müharibə labüddür. Danışıq prosesi o zaman səmərə verər ki, ortalıqda nəsə müsbət bir irəliləyiş olsun. Bu da yoxdur. Daşnaklardan haqq gözləməyə də dəyməz. Erməni məntiqi ağıla söykənən fikir və qərarlara yad bir məntiqdir. Çünki Ermənistanın bir dövlət kimi müstəqilliyi nisbidir. Onlara siyasi meydanda yalnız ağılsız olmaq imtiyazı verilib. Ona görə də 2019-cu ildə danışıqlar prosesinin aktiv mərhələsi kimi nə Prezidentimiz İlham Əliyevlə Nikol Paşinyanın görüşündə, nə də Rusiyanın Xarici İşlər naziri Lavrov tərəfindən Moskvada təşkil olunmuş nazirlər görüşündə də müəyyən bir həll paketinin müzakirə olunduğunu düşünə bilmirəm. Ola bilsin ki, bəzi konkret məsələlər müzakirə olundu, lakin həll paketi deyilən məsələ hələ qaranlıq içərisində qalmaqdadır.

      Mənə qaranlıq olmayan məsələ ondan ibarətdir ki, erməni ordusu bizim ordu ilə müqayisədə çox geridə gedir. Bir müharibə veteranı kimi 1992-ci ilin hərbi əməliyyat problemləri mənə yaxşı bəllidir. Bəzən adi artilleriya hazırlığı zamanı mərmimiz çatmırdı. Bəzən də bizə elə keyfiyyətsiz mərmilər verilirdi ki, atıldığı yerdə azacıq fısıldayaraq susurdu. Onlar nə hədəfi düzgün yaxalayır, nə də tutarlı məhvetmə gücünə malik idi. Adicə tank əleyhinə idarə olunan raket vasitəsilə dayanan, yaxud hərəkətdə olan hədəfləri vura biləcək kadrlarımız, necə deyərlər, barmaq hesabı ilə sayıla bilərdi. Gəlin, söz düşmüşkən, bir müqayisə də aparaq. Ermənistanın Müdafiə naziri David Tonoyan yekəxana bir tərzdə aləmə car çəkir ki, Azərbaycan savaşa başlasa, guya Rusiyadan aldıqları “İskəndər-E” vasitəsilə bizə yaman divan tutacaqlar. Lovğalığın da öz həddi var. O elə zənn edir ki, çilik-çilik olmuş Ohanyan istehkamından daha basılmaz istehkam qura biləcək. Hakim dairələrdə onu tənbeh edənlər də az deyil. Lakin lovğa dilini kəsmir ki, kəsmir. Tezliklə o da öz səhvinin qurbanı olacaq. Bilmir ki, biz öz inadımızdan dönən deyilik.

       Çox demirəm, ağzı yırtıq ermənilərin bizim “Polonez” və “Lora”mızın zərbə dalğasını uda biləcək qüvvəsi varmı?! “Lora”nın bir raketinin məhvetmə radiusu 90 metrdir. Birnəfəsə 4 raket tullayır. “Polonez”in isə məhvetmə radiusu 80 metrdir. Onun bir atışla atdığı 8 raketin dağıdıcı həmləsinə ermənilər dözə biləcəklərmi?! Əlbəttə ki, yox! Daha nə deməyə ehtiyac var. Hələ onlar bilmirlər ki, “Lora”nın atış uzaqlığı 430 km-dir. “Polonez” ondan 100 km az yol qət etsə də, ikisinin birnəfəsə cəmi 12 raketi altında hansı erməni ordu istehkamı salamat qala biləcək?! Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Əgər düşmən döyüş meydanından kənara çıxsa, o zaman bütün Ermənistan qan gölünə dönəcəkdir.

       Mən yalnız iki əməliyyat-taktiki raket kompleksi barədə bəzi üstün rəqəmlərə işıq saldım. Məxfilik naminə çox mətləbin üstündən sükutla keçirəm. Amma onu deməsəm, heç cür özümdən razı qalmaram. Bizim ulu dədə-baba yurdumuz uğrunda döyüşlər üçün alışıb-yanan mərd və cəsur əsgərlərimiz saysız-hesabsızdır. Həm canlı qüvvə, həm də hərbi texnika sarıdan gücümüz tükənən deyil.

       Biz yaxşı bilirik ki, erməni ordusu ən çoxu bir həftə döyüş aparan kimi əsgər qıtlığı yaranır, məcbur olaraq döyüşə avtomobil müfəttişlərini, yatağa düşən yaşlı vətəndaşlarını cəlb edirlər. Onların da bir qismi yolda ürəkqopma mərəzinə tutulur, bir qismi əyri yollarla sıradan yayınır, bir qismi gəbərir, bir qismi öz qanına bələnir, ağır yaralanır, bir qismi də könüllü əsir düşür. Əsir düşən dığalar da yalnız qan ağlayır və yalvarırlar ki, bizi bağışlayın, biz ermənilərə nəinki Dağlıq Qarabağ, heç müstəqil Ermənistan dövləti də lazım deyil, bizə dinc dünya gərəklidir. Bu dığa yalvarışı bizə çoxdan agahdlr...                                                                                            

    
.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Erməni mətbuatı bildirir ki, bu barədə Sarkisyanın vəkili Amram Makinyan məlumat verib. Onun sözlərinə görə, ilkin istintaq başa çatıb. Cinayət işinin materialları tanış olmaq üçün müdafiə tərəfinə təqdim olunub.

Azvision.az xatırladır ki, 2019-cu il dekabrın əvvəlində Xüsusi İstintaq Xidməti Sarkisyana qarşı mənimsəmə və ya oğurluq ittihamı irəli sürüb. Keçmiş prezident 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 1 milyon dollar oğurluqda təqsirli bilinir.

Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan istintaq orqanının əldə etdiyi sübutların ittiham elan etmək və işin məhkəməyə göndərilməsi üçün yetərli olduğunu bildirib.

"İş materialları tanış olmaları üçün təqsirləndirilən şəxslərə və onların nümayəndələrinə təqdim edilib", - deyə Ohancanyan əlavə edib. Onun sözlərinə görə, Barseq Beqlaryan ("Flahs" şirkətinin prezidenti) da daxil olmaqla, işdə daha dörd nəfər ittiham olunur.

Xəbər lenti