.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənov ilə Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin görüşü olub.

Ardını oxu...

.


Asiya.ws xəbər verir ki, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.
.

Zahid Oruc seçki kampaniyası çərçivəsində seçki qərargahının üzvləri və vəkilləri ilə Bərdənin məşhur kəndlərindən biri – 32-lərə gəlib.

Ardını oxu...

.

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan 2008-ci il seçkisindən öncə amerikalılarla Qarabağla bağlı razılaşma imzalayıb.

Axar.az “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumat “Vikiliks” saytında dərc olunan sənədlərdə yer alıb. Sayt ABŞ-ın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Rudolf Perinin 12 oktyabr 2007-ci ilə aid məktubunu dərc edib. “Levon Ter-Petrosyan Qarabağ məsələsinə dair təklif təqdim edib” başlığıyla yazılan məktubda önəmli faktlar yer alıb.

Məktubda Ter-Petrosyanın Perini öz evinə dəvət edərək, Qarabağ məsələsiylə bağlı fikrini bölüşüb və ondan bu informasiyanı ABŞ Dövlət katibinin köməkçisinin müavini Metyu Brayzaya çatdırmasını xahiş edib. Petrosyanın, həmçinin, Brayza ilə şəxsi görüş təşkil edilməsini rica etdiyi bildirilib.

Ermənistanın sabiq prezidenti görüşün sonunda Köçəryanın hakimiyyəti dövründə Qarabağla bağlı danışıqlar prosesinin nəticələrini ümumiləşdirən bir rəsmi sənəd istəyib.

Ter-Petrosyan amerikalılardan ideyanın ona məxsus olmasını məxfi saxlamasını xahiş edib. O, ABŞ-ın bu ideyanı öz adından irəli sürməsini və ATƏT-in Minsk Qrupuna təklif etməsini istəyib.

Petrosyan həmçinin təklif edib ki, Minsk Qrupu həmsədrləri bu günə qədər razılaşdırılmış bütün halları ümumiləşdirərək, münaqişənin həlli planını təqdim etsinlər. O, bu cür sənədin mövcudluğunun danışıqların fiksasiyası və Köçəryan dövründəki danışıqlarda əldə olunan nəticələrin rəsmiləşdirilməsi anlamına gələcəyini deyib. Ter-Petrosyan belə sənədin qəbulunun digər prezidentlərə hər şeyi sıfırdan başlamaq yerinə, bu nöqtədən davam etdirmək imkanı verəcəyini bildirib.

Məktubunda Petrosyanın təklifini şərh edən Perin burada siyasi motivasiya olduğunu yazıb. Onun sözlərin görə, Petrosyan ABŞ-la Qarabağın həlli məsələsini müzakirə etmək kimi mövcud faktdan özünün seçkiqabağı təşviqatı üçün istifadə etmək arzusunda olub. Bunun Petrosyana Serj Sərkisyanla müqayisədə müəyyən çəki qazandıracağı deyilib:

“Hakimiyyətə gələcəyi təqdirdə Ter-Petrosyan ümid edir ki, bu sənəd vasitəsilə Köçəryanın da məğlub sənəd ətrafında danışıqlar apardığını göstərə biləcək. Bu isə ona prezident kimi Azərbaycanla danışıqlarda kompromisə getməyə imkan verəcək”.

.

“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oğlu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir. 

Qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. 

Demokrat.az xəbər verir ki, bununla bağlı “Muxalifet.az” saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur. Odur ki, zərərçəkən növbəti dəfə Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova ümraciət ünvanlayıb.

Q.İskəndərovun yeni müraciətini olduğu kimi dərc edirik:

 

“Möhtərəm Prezident!

Evimin qanunsuz söküntüsü ilə əlaqədar Sizə ünvanladığım coxsaylı müraciətlərə baxmayaraq, nə mənim problemim həll olunur, nə də Nəsimi  rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli Sizin fərman və qərarlardan, aparilan dəyişikliklərdən ibrət götürmək fikirləri yoxdur. Allaha sükürlər olsun ki, tikinti işləri artiq rayon icra başçılarının səlahiyyətlərindən alınıb.

Asif Əsgərov tikinti şirkətlərinə ayirdığı hər bir sahəni 1,000,000.00 (bir milyon) manata satmışdır. Təksə “Regal” MTK şirkətindən 3,000,000.00 (üç milyon) manat miqdarında rüşvət almışdır. Nəsimi rayonunda isə onlarla bu cür tikinti şirkəti fəaliyyət göstərir. Asif Əsgərov dövlət büdcəsindən yaşıllaşma üçün ayrılan vəsaitləri mənimsəmiş, əvəzində bu işləri market sahiblərindən zorla rüşvət toplamaqla ala-yarımçıq yerinə yetirmişdir.

“Regal” MTK şirkətində çalışan işçilər xaricdə yaşayan həmyerlilərimiz vasitəsilə mənim evimin söküntüsünün, polis və prokurorluqda cinayət işinin qaldırılmamasının birbaşa icra başçısı Asif Əsgərovla bağlı olması haqda mənə bildiriblər. Asif Əsgərovun bu özbaşınalıqlarına nə zaman son qoyulacaq və onun haram yolla topladığı sərvətlər əlindən alınıb, öz halal sahiblərinə nə vaxt qaytarılacaq?!

 

Möhtərəm Prezident!

Nəsimi rayon prokurorluğuna ünvanladığım şikayətlə əlaqədar 10 yanvar 2020-ci ildə prokuror Salman Məmmədlinin qəbulunda oldum. Salman Məmmədlinin verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralov tərəfindən tikinti ilə əlaqədar hər hansı bir cinayət işi törədilərsə, rayon prokurorlarının cinayət işi qaldırması qadağan edilmişdir. Bu zaman sual yaranır  Salman Məmmədli nə üçün dövlət müəssəsində oturub?

Onun işı yalnız rüşvət toplamaqdan, telefon və televizor oğrularına  cinayət işi qaldırmaqdan ibarətdirmi? Nəsimi rayon prokurorluğunun mənə təqdim etdiyi qərarda 59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayiş verdiklərini  etiraf etsələr də, cinayət işi qaldırılmır, cinəyətkarlar öz cəzalarını almır, 13 saylı dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərinə Ədliyyə Nazirliyi, Prokurorluq və polis orqanları göz yumur. Bu orqanlarda süründürməçiliyə yol verilir. İstintaqın başa çatmasına baxmayaraq, prokurorluq istintaq materiallarını gizli saxlayir. Məni və vəkilimi istintaq materialları ilə taniş olmağa  icazə vermirlər.

Cinayət işinin qaldırılmaması çoxsaylı suallar doğurur!

Nəzərinizə çatdırım ki, Apellyasiya məhkəməsinin ruşvətxor hakimi Fuad Talışinski  mənə dəyən ziyanı cinayətkarlarla, saxta sənəd hazirlayanlar arasında iddiaçı tərəfin iştirakı olmadan bölmüşdür. Hazirda adını cəkmək istəmədiyim dövlət orqanları da mənim şikayətimlə əlagədar maraqlanmağa başlamışlar.

İnanıram ki, Sizin göstərişləriniz əsasında bu işdə müsbət dönüş yaranacaqdır. Bir daha  nəzərinizə çatdırmaq istərdim ki, polis- prokurorluq orqanları, icra başçıları, məhkəmələr Prezidentin fərman və qərarlarını yerinə yetirməməklə Sizə qara ləkələr yağdırmaq, vətəndaşlar arasında Sizə qarşı nifrət yaratmaqla bərabər, ölkəmizin imicinə zərər vurmaqla məşğuldurlar.

 

Əlaqədar şəkil

Möhtərəm Prezident!

Sizdən  xahiş edirəm ki, Ali Məhkəmənin hakimi Vəliyeva Elşanə Rafik qızının sədrliyi ilə işə baxılması zamanı hakimlərin tərəzinin ədalət olan tərəfində özlərinə yer alması və Azərbaycan Respublikasının qanunları çərçivəsində qərarlar çıxarması üçün göstəriş verəsiniz.

Cinayətkar “Regal” MTK şirkətinin təsisçiləri “Hacı” Yusif və Valeh Ağayevlərin, iş icraçısı “Seyid” Fərəc Hüseynovun  qanunsuz hərəkətlərinə son qoyulması, icra başçısı Asif Əsgərovun, rayon prokuroru Salam Məmmədlinin iş fəaliyyətlərinin araşdırılması və mənim kostitusion hüquqllarımın bərpa olunması barədə müvafik orqanlara göstərişlər verəsiniz”.

.

Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. 

Asiya.ws məqaləni təqdim edir.

X X X

Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.

Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu Forumun İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb.

Strateji nəqliyyat qovşağı

2019-cu ildə həmin hesabatda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerdə qərarlaşıb. Bəs bu necə oldu? Ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı xarici və yerli investisiyaların cəlb olunması ilə mümkün olub. Lakin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkcə kapital hesabına olmayıb, burada əməkdaşlıq da önəmli rol oynayıb. Forum çərçivəsində əməkdaşlıq Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin önəmli aktoruna, beynəlxalq nəqliyyat qovşağına çevirib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşaraq 2017-ci ilin oktyabr ayından istifadəyə verilib. Bu, Asiya ilə Avropanı ən qısa yolla birləşdirən davamlı nəqliyyat dəhlizidir. Bundan başqa, Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilərək 2018-ci ilin may ayında istifadəyə verilib.

Azərbaycan daim ekoloji tarazlığı qoruyub saxlamaqla, yəni, ətraf mühiti qorumaqla öz vətəndaşlarının sosial-iqtisadi inkişafına çalışır. Yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə “Ağıllı şəhər” konsepsiyasına start verilib. Bu konsepsiyanın məqsədi resursların istehlakı, israfı və ümumi xərcləri azaltmaqla enerji, nəqliyyat və kommunal xidmətlər kimi şəhər xidmətlərinin keyfiyyətini artırmaqdır.

Enerji sektorunda əsas iştirakçı

Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir.

“Şahdəniz-2”

Layihənin birinci hissəsi – “Şahdəniz-2” fazası üzrə bütün işlər tamamlanıb. Şahdəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibindən 800 metr dərinliyə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.

Cənubi Qafqaz Boru Kəməri

Layihənin ikinci hissəsi – Cənubi Qafqaz Boru Kəməri artıq istismara verilib. Azərbaycanı Gürcüstandan keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir.

Trans-Anadolu Boru Kəməri

Layihənin üçüncü hissəsi – Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyə Respublikasının qərb sərhədinə qədər davam etməklə, uzunluğu 1850 kilometr təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran Trans-Anadolu Boru Kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib.

Trans-Adriatik Boru Kəməri

Layihənin dördüncü hissəsi – Trans-Adriatik Boru Kəməridir (TAP). Boru kəmərinin uzunluğu 878 kilometrdir. Tikintisinin 90 faizdən çoxunun başa çatdığı bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq. 2019-cu il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

2014-cü ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatları daha da sürətləndirib. 2016-ci ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qəbul edilib, struktur və kadr islahatları həyata keçirilib, ölkədə biznes mühitinin yaxşılaşması üçün ciddi addımlar atılıb. Nəticədə, Azərbaycan “Doing Business 2020” hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşmaqla, “Kreditin əlçatanlığı” üzrə 1-ci yeri, “Biznesə başlama” üzrə 9-cu yeri, “Müqavilələrin icrası” üzrə isə 28-ci yeri tutub.

Əlavə olaraq, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu Razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq.

Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

.

Yanvarın 17-də Nazirlər Kabinetində Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə hökumətə tapşırıqlarının icrası ilə əlaqədar iclas keçirilib.

Ardını oxu...

.

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.

Məsələ barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.

.

Rusiya heç kimə öz silahını sırımayacaq.Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. O, Rusiyanın silahlanma sferasında heç kimlə yarışmadığını bildirib.

Putin həmçinin planetin təhlükəsizliyinin 5 nüvə gücü tərəfindən təmin edilməli olduğunu vurğulayıb.

.

“İctimai ödənişli iş yerləri ilə bağlı bu təşəbbüs mənim tərəfimdən irəli sürüldü, o vaxt ki, dövlət investisiya xərcləri kəskin şəkildə aşağı düşdü. Bunu da biz məcburiyyət qarşısında etdik. Çünki neftin qiyməti dörd dəfə aşağı düşmüşdü, gəlirlərimiz azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o cümlədən investisiya proqramı da böyük dərəcədə ixtisara uğradı”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

“İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək.

Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin”, - dövlət başçısı deyib.

Xəbər lenti